Ardıcıl mübarizənin nəticəsi: “Korrupsiya və rüşvətin sonu yaxınlaşır”
Şəymən Bayramova
11:24 04.05.2020
Siyasət
1070
“Hamı dərk etməlidir ki , istənilən qanun pozuntusu mütləq təsbit ediləcək və layiqli şəkildə cəzalandırılacaq”
“Mübarizəni daha effektiv etmək üçün mütləq ictimai qınaq və ictimai dəstək kimi mühüm faktorlar da işrirakçıya çevrilməlidir”
Azərbaycanda uzun illərdir korrupsiya və rüşvətxorluğa qarşı sistemli mübarizə aparılır. Bu istiqamətdə bir çox dövlət proqramları qəbul olunub, qanunvericilik bazası və bəzi regional təsisatlar yaradılıb.Cənab Prezident bu islahatlara şəxsən nəzarət edir. Prezident öz çıxışlarında hər zaman bir məqamı vurğulayır ki, biz vətəndaşa ən yaxşı xidməti təqdim etməliyik ki, insanlarımız narazı qalmasın. Təəssüf ki, bəzi məmurlar ölkə başçısının xəbərdarlığına əməl etmir. Mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edən Ölkə prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi rayon mərkəzi xəstəxanasının baş həkimindən pul alırlar. Həm də ölkə rəhbərliyi səviyyəsində bu sahəyə ciddi nəzarət edildiyini, qanunsuz hallara dözümlülük nümayiş etdirilmədiyini bilə-bilə.
Azərbaycanda korrupsiyaya və rüvşətxorluğa qarşı aparılan mübarizəni yüksək dəyərləndirən ictimaiyyət üzvlərinin fikrincə,
rüşvət alan məmurlara qarşı sərt cəzalar tətbiq edilməlidir ki, onların çəkdiyi cəzanı görüb başqaları da belə əməllərdən çəkinsinlər.
Millət vəkili Hikmət Babaoğlu da "Sherg.az"a deyib ki, korrupsiyaya qarşı mübarizədə əsas silah əzm, iradə, ardıcıllıq və qətiyyətdir. Hazırda Azərbaycanda korrupsiyaya qarşı mübarizədə daha səmərəli nəticələr əldə etmək üçün ali siyasi iradə və qətiyyət mövcud olduğunu vurğulayan deputat hesab edir ki, Azərbaycan Prezidentinin əzmkarlığı, qətiyyəti və ardıcıl mübarizə tədbirləri ölkəmizdə korrupsiya və rüşvətin sonunu gətirməkdədir:
"Son bir neçə ayda xüsusi xidmət orqanları tərəfindən həyata keçirilən operativ əməliyyat tədbirləri sadəcə qanun pozuntusuna yol vermiş aşağı və orta ranqlı məmurların cəzalandırılması hadisəsi deyil həm də başqalarının nəticə çıxarmalı olduğu yaxşı bir dərsdir . Hamı dərk etməlidir ki , istənilən qanun pozuntusu mütləq təsbit ediləcək və layiqli şəkildə cəzalandırılacaq. Lakin bu hələ məsələnin yalnız bir tərəfidir. Sadəcə inzibati metodlarla yaxud yuxarıdan aşağı tətbiq edilən şaquli tədbirlərlə korrupsiya və rüşvətxorluğa qarşı qısa müddətdə arzu olunan nəticə əldə etmək bir qədər çətindir" .
H.Babaoğlunun fikrincə, mübarizəni daha effektiv etmək üçün mütləq ictimai qınaq və ictimai dəstək kimi mühüm faktorlar da korrusiyaya qarşı mübarizədə işrirakçıya çevrilməlidir . Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev vaxtaşırı bu məsləyə toxunaraq ictimai nəzarət və ictimai qınaq faktorlarını xatırladır . Burada məqsəd korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə kütləviliyi və ümumi ictimai mənafelər naminə mübarizliyi təmin etməkdir:
"İctimai nəzarət yol verilmiş qanun pozuntularının aşkar edilməsində əlavə informasiya mənbəyi kimi çıxış etməklə müvafiq orqanları faydalı məlumatlarla təmin edə bilər . İctimai qınaq isə ən səmərəli çəkindirici vasitələrdən biridir . Ona görə də korrupsiya və rüşvətxorluq kimi ümumi bəlaya qarşı kütləvi şəkildə mübarizə aparmaq üçün mütləq ictimai qınaq və ictimai dəstək kimi faktorlar da prosesin tərkib hissəsinə çevrilməlidir . Belə olarsa daha tez və daha yaxşı nəticələri qısa müddətdə əldə edə bilərik" .
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm