Azər Badamov: Azərbaycanı və dövlət başçımızı etibarlı tərəfdaş kimi tanıyırlar
Yusif Nəzərli
06:36 18.02.2024
Siyasət
853
Xəbər verdiyimiz kimi dövlət başçısı İlham Əliyev hazırda Münhendə səfərdədir. Münhen Təhlükəsizlik Konfransında iştirak edən dövlət başçısı bir sıra müraciətlər əsasında mühüm görüşlər də keçirib. Qarşı tərəfin müraciətinə əsasən Prezidentlə ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq arasında görüş olub. Tərəflər arasında bir sıra öməmli məsələlər müzakirə olunub. Eyni zamanda qarşı tərəfin xahişi ilə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Basso, "Leonardo" şirkətinin baş həmdirektoru, ABŞ rəsmiləri və digər siyasilərlə də Prezident arasında görüşlər keçirilib. Görüşdə Maltanın xarici, Avropa işləri və ticarət naziri COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb. Maltanın da kiçik ada ölkələrinin iqlim dəyişikliyi nəticəsində üzləşdiyi problemlərə həssaslıqla yanaşdığını və bu xüsusda Azərbaycan ilə birgə əməkdaşlığa hazır olduğunu bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan COP çərçivəsində inklüziv konsepsiyanın tərəfdarıdır və kiçik ada dövlətlərinin iqlim dəyişikliyi nəticəsində üzləşdiyi problemlərə çox həssaslıqla yanaşır. Görüşdə Azərbaycanın sədrliyi dövründə bu məsələyə xüsusi diqqət yetiriləcəyi və bu xüsusda da Malta ilə, həmçinin ATƏT platformasından istifadə edilərək birgə əməkdaşlığa hazırlıq ifadə olunub. Ən önəmli məqamlardan biri Münhendə qalib liderimizə olan xüsusi diqqət, görüşlərin xahişlərə əsasən baş tutmasıdır. Avropa növbəti dəfə Azərbaycan dövlətinin və qalib lider İlham Əliyevin qlobal nüfuzunun şahidi olmaqdadır.
Millət vəkili Azər Badamov "Sherg.az"a bildirib ki, Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyev ən çox görüşlər keçirən dünya lideridir.
Deputat vurğulayıb ki, dövlət başçımızın keçirdiyi görüşlər əsasən qarşı tərəflərin təşəbbüsü ilə baş tutur:
"Azərbaycan bu gün öz suverenliyini təmin etmiş qalib ölkədir. Cənab Prezident İlham Əliyev də bütün xalqın böyük qürurla seçdiyi dövlət başçısıdır. Bu, həm də ölkəmizdki ictimai-siyasi sabitlyin göstəricidir. Yəni ölkəmiz sülhseverdir, sabitdir, iqtisadiyyatı dinamik inkişaf edir və dövlətimizə qlobal siyasətdə uzaqgörən baxışları olan dünya səviyyəli bir Lider rəhbərlik edir. Dövlət başçımızla görüşmək istəyənlərin sayının çox olması cənab İlham Əliyevin şəxsi nüfuzu və ölkəmizlə əməkdaşlıq etmək istəyənlərin çox olmasından irəli gəlir. Prezidentin keçirdiyi bütün görüşlərdə ölkəmizin milli maraqları yüksək səviyyədə qorunur və qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunur. Həm də Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu il də COP-29 beynəlxalq konfransına ev sahiblik edəcək".
Parlament üzvü vurğulayıb ki, Azərbaycan həmişə qlobal təşəbbüslərlə çıxış edən ölkədir:
"Azərbaycan beynəlxalq problemlərin həll olunmasında dünya birliyində bir konsolidasiya yaradır. COP-29 çərçivəsində də ölkəmiz qlobal istiləşməyə qarşı mübarizədə yeni bir səhifə açacaq. Ölkəmizin beynəlxalq nüfuzunun günü-gündən artması dünyada dostlarımızın sayını da artırır. Bu gün qlobal səviyyədə Azərbaycanı və dövlət başçımızı etibarlı tərəfdaş kimi tanıyırlar. Ona görə də bizimlə əməkdaşlıq etmək və ölkəmizə investisiya yatırmaq istəyənlərin sayı da günü-gündən artmaqdadır. Təbii ki, dövlət başçımızın keçirdiyi görüşlər və əməkdaşlıq imkanlarımızın genişləndirilməsi Azərbaycanın gücünü daha da artırır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət