Azərbaycan və İran parlamentlərinin deputatları görüşüb
14:59 20.09.2023
Siyasət
512
Sentyabrın 20-də Milli Məclisin İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin İran İslam Respublikası İslam Şurası Məclisinin üzvləri ilə görüşü keçirilib.
Milli Məclisdən APA-ya verilən xəbərə görə, İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavanşir Paşazadə İran nümayəndə heyətini salamlayaraq, ölkələrimiz arasında əlaqələrin inkişafından söhbət açıb. O, bu günlərdə Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş təxribatlara cavab olaraq, həyata keçirilən anti-terror tədbirləri barədə danışıb, bu tədbirlər nəticəsində şəhid olanlara rəhmət diləyib.
Deputat ölkəmizin regionda sülhə, əmin-amanlığa önəm verdiyini, dövlətlər arasında dostluq münasibətlərinin inkişafında maraqlı olduğunu söyləyib. O, İranla müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, ticari, logistika sahələrində əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışıb, xalqlarımızın eyni tarixə, dinə, mədəniyyətə malik olduğunu deyib.
Ölkələrimizin parlamentləri arasındakı münasibətlərə toxunan Cavanşir Paşazadə bu əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və parlament dostluq qruplarının əhəmiyyətindən danışıb.
İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərov Azərbaycanla İran arasında əlaqələrin dərin tarixi köklərə malik olduğunu qeyd edib. O, uzun illər ərzində azərbaycanlıların Ermənistandan deportasiya edildiyini, orada azərbaycanlılara aid tarixi, mədəni abidələrin məhv edildiyini diqqətə çatdırıb. Deputat rəhbərlik etdiyi icma tərəfindən bununla bağlı mötəbər beynəlxalq təşkilatlara müraciətlər ünvanlandığını, hazırda Qərbi Azərbaycana Qayıdış Konsepsiyası əsasında Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına təhlükəsiz şəkildə qayıtmasını təmin etmək istiqamətində addımların atıldığını bildirib.
İran parlamentinin üzvləri Zahedi Mohəmməd Mehdi, xanım Paşayi Bəhram Məsumə, Əlizadə Əli səmimi görüşə görə təşəkkürlərini ifadə ediblər, Azərbaycan və İranın ortaq tarixi və mədəni dəyərlərə malik olduğunu söyləyiblər. Qonaqlar İranın Azərbaycanla müxtəlif sahələrdə daha sıx əməkdaşlığın inkişafında maraqlı olduğunu, iqtisadi sahədə əlaqələrin genişləndirilmləsi üçün geniş potensial imkanların mövcudluğunu qeyd ediblər.
İranlı deputatlar ölkələrinin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini bildirərək, Qarabağın Azərbaycan torpağı olduğunu vurğulayıblar, öz ürək sözlərini söyləyiblər.
Söhbət zamanı dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi, parlamentlər arasında əlaqələrin inkişafı, bir sıra digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Həsəni Rıza, İranın Azərbaycandakı səfirliyinin təmsilçisi Ağayi Müsəvi Məliki və digər rəsmi şəxslər iştirak ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media