Azərbaycan və Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında görüş olub - FOTO
Azərbaycan və Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında görüş olub - FOTO
Yusif Nəzərli
16:46 01.02.2023
Siyasət
733
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Bu barədə Milli Məclis məlumat yayıb.
Bildirilib ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və birliyinin bütün dünya üçün nümunə olduğunu vurğulayıb. Azərbaycan və Türkiyə arasındakı münasibətlərin “Şuşa Bəyannaməsi” ilə müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edən komitə sədri bildirib ki, Türkiyənin Azərbaycanın İrandakı səfirliyinə qarşı edilən terror aktını ilk qınayan ölkə olması da dediklərimizi bir daha təsdiqləyir.
Əhliman Əmiraslanov ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşdirilməsində Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, hər iki lider ümumbəşəri siyasət yürüdür və regionda sülhün və sabitliyini tərəfdarıdırlar.
Türkiyənin yeni prezident seçkiləri ərəfəsində olduğunu bildirən komitə sədri seçkilərdə qardaş ölkəyə uğurlar arzulayıb.
TBMM-in Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım qırılmaz tellərlə bir-birinə bağlı olan Türkiyə və Azərbaycan əlaqələrindən danışıb və Ulu Öndər Heydər Əliyevin iki ölkə arasındakı münasibətlərin daha da genişləndirilməsində rolunu vurğulayıb.
Azərbaycanın regionda sülh və sabitlik istədiyini deyən TBMM-in Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Laçın-Xankəndi yolundakı aksiyaya da münasibət bildirib. O, vurğulayıb ki, Azərbaycan ekoloqlarının və fəallarının etirazı haqlıdır. Çünki ölkənin sərvətləri talanır. O, dostluq qrupu olaraq Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında səylərini bundan sonra da əsirgəməyəcəklərini vurğulayıb.
Söhbət zamanı Şamil Ayrım Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycanda və Türkiyədə keçiriləcək tədbirlərdən də danışıb.
Görüşdə çıxış edən Milli Məclisin deputatları Fəzail Ağamalı, Vahid Əhmədov, Sadiq Qurbanov, Hicran Hüseynova və TBMM-in deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Tülay Kaynarca iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələri barədə fikirlərini bölüşüblər.
Görüşdə Milli Məclisin deputatları Eldar İbrahimov, Eldar Quliyev, Fazil Mustafa, Məlahət İbrahimqızı, Anar Məmmədov, Nizami Səfərov, Əminə Ağazadə, Jalə Əliyeva, Azay Quliyev, Ramin Həsən də iştirak ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual