“Azərbaycana qarşı sistemləşmiş qərəzli şəbəkə ilbəil genişlənir”
Turan
15:10 16.09.2019
Siyasət
942
“Azərbaycandan kənarda və ölkə daxilində sistemli şəkildə eyni donorlar tərəfindən himayə edilən siyasətbazların xalqa və ölkəyə nə qədər böyük zərbə vurduqlarının şahidiyik”.
Bunu “Sherg.az”a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər doktoru Zaur Məmmədov deyib.
QHT sədri bildirib ki, “Milli Şura”, ayrı-ayrı yutub kanallarının müəllifləri, blogerlər hamısı eyni cəbhədə guya siyasi hakimiyyətə qarşı vuruşurlar:
“Sual olunur, sizin apardığınız anti-Azərbaycan təbliğatına səbəb nədir? Dünyanın hər bir ölkəsində, ələlxüsus Şərq ölkələrində hakimiyyətdən narazı olan kifayət qədər böyük zümrə var. Lakin, niyə nə ermənisi, nə misirlisi, nə qazaxlısı öz ölkələrinə və xalqına qarşı bu qədər “parazit” rolunda çıxış etmir? Bəs siz niyə Azərbaycanda baş verənlər haqqında rus və ingilis dillərində məqalələr, kitablar yazırsınız? Görünür, özlərini “azərbaycanlı” adlandıran bu kəslər Azərbaycan və Ermənistan arasında informasiya müharibəsinin getdiyi bir dövrdə xarici dillərdə Azərbaycanla bağlı şər-böhtan yazmaqla ermənilərin dəyirmanına su tökürlər. Onlar Azərbaycanın dünənki Əliheydər Qarayevləridir. “Sülh və Demokratiya İnstitutu” adı altında Arif Yunus, Leyla Yunus və qrant girovuna çevrilən “radikal müxalifət” öz cızığını çoxdan keçib. Onlar erməni təşkilatları, Marşal və Soros fondları vasitəsi ilə xarici dillərdə anti-Azərbaycan təbliğatı aparırlar”.
Z.Məmmədov vurğulayıb ki, informasiya müharibəsində Azərbaycanın imicinə zərbə vurmaq istəyən qüvvələr kifayət qədərdir:
“Azərbaycana qarşı sistemləşmiş qərəzli şəbəkə ildən-ilə genişlənir. Hörümçək toru kimi hər tərəfimizi əhatələyirlər. Mən Azərbaycanlıların ermənilərlə yanaşı virtual şəbəkədə Azərbaycandakı problemlərin müzakirə etməsini başa düşə bilmərəm. Əlbəttə, bu və digər problemlər haqqında hər bir ziyalı mövqe bildirməlidir. Ancaq bunu informasiya müharibəsi şəraitində, özü də xarici dillərdə və ermənilərin yanında etmək olmaz. Siyasətçi şarlatanların pis niyyətlərini “başa düşmək” olsa da, bəzi Azərbaycan “ziyalı”larının erməni dəyirmanına sü tökməsini anlamaq və buna sakit yanaşmaq mümkün deyil”.
Politoloq bildirib ki, Azərbaycanda hüquqdan və azadlıqlardan danışanlar bir dəfə də olsun işğal olunmuş ərazilərimizdə qəbir daşlarının dağıdılmasına etiraz etməyiblər:
“Niyə erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı xarici dillərdə məqalələr yazmırlar? Bunları etmirlər. Çünki onların əsas məqsədi Azərbaycana düşmənçilik edənlər hesabına öz maliyə vəziyyətlərini yaxşılaşdırmaqdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat