Azərbaycanda Qərbin 5-ci kolonu olduqca zəifləyib - Politoloq
Turan
11:21 21.03.2020
Siyasət
1198
"Ölkəmizdə "5-ci kolon"un fəaliyyəti təhlükəsizlik və mili maraqlarımıza qarşı fəaliyyətdə olan digər ölkələrin maraqlarının təmin olunması deməkdir".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, ən təhlükəsi Rusiyanın müxtəlif dairələrinə bağlı kolondur:
"Bu dövlətin təməl prinsiplərini, müstəqilliyinə ən başlıca təhlükədir. Digər mərkəzlərin kolonları, əsasən Qərbin kolonunun ölkədə ciddi sürətdə dayaqları məhv edilib. Post-sovet məkanında "məxməri inqilabları" məhz Qərbin 5-ci kolonu həyata keçirirdi. Son dəfə Ermənistanda buna nail oldular. Azərbaycanda Qərbin 5-ci kolonu olduqca zəifləyib.
İran da məzhəbçilik vasitəsilə öz kolonunu formalaşdırmağa cəhd edir, təəssüf ki, bəzi vaxtlarda buna nail olub".
Analitikə görə, ilk növbədə dövlətçilik və Azərbaycançılıq başlıca amil olmalı və birlik nümayiş etdirilməlidir:
"Ərazilərimizin işğalı və ölkədə zamanla siyasi deqredadasiya məhz digər ölkələrin maraqlarını təmin etmək üçün bu qrupların fəaliyyətinin nəticəsi olub. Azərbaycanda "5-ci kolon" var. Rusiya faktoru hələki öndədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm