“Baba Paşinyan da, nəvə Paşinyan da faşist ideologiyasına xidmət edib"
Şəymən Bayramova
09:10 12.05.2020
Siyasət
834
“Bu nəsil-kökün qanında elə faşizm ideologiyası var və o yaşayır”
“Paşinyana sübut edəcəklər ki, sənin baban Qaregin Njdenin tərəfində – faşistlər tərəfindən Sovet İttifaqına, dünyaya qarşı döyüşən Nikol Paşinyan olub”
Ermənistanın Baş Naziri Nikol Paşinyanın babasının faşistlərə xidmət etdiyi, onlarla əməkdaşlığı məlum olub. Baş Nazir daha əvvəl babası, 1913-cü il təvəllüdlü Nikol Paşinyanın fotosunu paylaşaraq, onun Böyük Vətən Müharibəsi illərində vətən üçün döyüşdüyünü qeyd edib: “Nikol Paşinyan, 1913-1943, 554-cü motoatıcı alayın 138-ci diviziyası”.
Bu paylaşımdan sonra Ermənistan mətbuatı araşdırma apararaq, baba Paşinyanın əslində faşistlərə xidmət etdiyini üzə çıxarıb. Mətbuatın araşdırması zamanı məlum olub ki, 23.12.1913 tarixində Ermənistan SSR-in Yenokavan bölgəsində anadan olmuş Nikol Paşinyan düşmənlə əməkdaşlıq edib və öldürülüb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasının yolverilməz olduğunu dəfələrlə daha bəyan edib. Azərbaycan Prezidenti müxtəlif səviyyəli platformalarda bununla bağlı bəyanatlar səsləndirib. Dövlət başçısı alman faşizmi ilə əməkdaşlıq etmiş, buna görə SSRİ hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuş Qaregin Njdeyə Ermənistanda heykəl qoyulmasını da kəskin şəkildə pisləyib, bunun qəbuledilməz olduğunu bildirib. Lakin Nikol Paşinyan Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasına haqq qazandırmağa çalışıb.
Erməniləri saxtakarlıq ustası adlandıran Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin idarə heyətinin üzvü, millət vəkili Elman Məmmədov "Sherg.az"a bu millətin tarixinin bütövlükdə yalan üzərində tərtib olunub, yaradıldığını deyib. Bu mənada deputat ermənilərin baş nazir Nikol Paşinyanın babasının həm faşist, həm də Sovet İttifaqı Qəhrəmanı elan edilməsinin təəccüblü olmadığını bildirib:
" Ermənilərə nə sərf etsə, saxta yolla onu da edə bilərlər. Ancaq Nikol Paşinyanın bugünkü siyasi fəaliyyəti, onun baş nazir olmazdan və baş nazir olduqdan sonra Qarabağ məsələsi ilə bağlı verdiyi bəyanatlar, söylədiyi fikirlər, faşist cəllad və satqın, nasist əlaltısı, alman faşistlərinə Qaregin Njde ləqəbi ilə xidmət etmiş Qaregin Ter-Arutyunyanı əzizləməsi və onu müdafə etməsi, o murdar faşistə İrəvanın mərkəzində qoyulan hündürlüyü 6 metr olan heykəli tez-tez ziyarət etməsi, onu erməni xalqının qəhrəmanı kimi təqdim etməsi, eyni zamanda Azərbaycan xalqına qarşı soyqırımı törətmiş erməniləri xalq qəhrəmanları kimi qələmə verməsi onu göstərir ki, elə baba Nikol Paşinyan da, ondan törəyən bu Nikol Paşinyan da faşist ideologiyasına xidmət edib".
Nikol Paşinyanın babasının Qaregin Njdenin legionunda olduğunu əminliklə iddia edən deputat deyib ki, orada təkcə Njde olmayıb, onunla yanaşı orada çoxlu sayda erməni zabitləri, erməni liderləri olub ki, onlar faşistlərin tərəfində Sovet İttifaqına, eyni zamanda bütün dünyaya qarşı döyüşüblər:
"Njde Böyük Vətən müharibəsi dövründə Bolqarıstan ərazisində erməni millətindən olan 30-dan çox agenti cəlb edib, onların təxribat hazırlığı və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə çatdırılmasında iştirak edib. Paşinyanın babası da elə onların yanında olub. Bunu ona görə əminliklə deyirəm ki, bunun əməlləri, hərəkətləri, bugünkü mövqeyi göstərir ki, bu nəsil-kökün qanında elə faşizm ideologiyası var və o yaşayır. Sizi inandırım ki, baş nazir Paşinyanın babasının nasist əlaltısı olması barədə faktları ictimailəşdirmək, təsdiqləmək üçün heç Azərbaycan cəmiyyətinə, ictimai-siyasi xadimlərə, politoloqlara gərək qalmayacaq. Bu gün Ermənistanda Paşinyanın çoxsaylı, çox güclü siyasi rəqibləri var. Onlar bu araşdırmaları davam etdirib onu Paşinyana sübut edəcəklər ki, sənin baban Qaregin Njdenin tərəfində – faşistlər tərəfində Sovet İttifaqına, dünyaya qarşı döyüşən Nikol Paşinyan olub”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Seutada vəziyyət sabitləşir, nəqliyyatın hərəkəti bərpa olunub
00:53 02.08.2026
Gündəm
2 avqust Azərbaycan Kinosu Günüdür
00:35 02.08.2026
Mədəniyyət
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya
Rusiya bu kəndləri də işğal etdi
18:51 01.08.2026
Dünya
"Trabzonspor"dan Salaha 17 milyon avroluq təklif
18:31 01.08.2026
Futbol