"Baş nazirlərin hərəkəti Ukraynaya psixoloji dəstək idi"
Yusif Nəzərli
06:40 17.03.2022
Siyasət
653
Araz Aslanlı: "Çavuşoğlunun səfəri isə Ukrayna böhranının həlli baxımından hələ ki, ən uğurlu və cəsarətli təşəbbüs kimi diqqəti cəlb edir"
“Ukrayna böhranı ilə bağlı son 24 saatda iki hadisə xüsusilə ön plana çıxdı. Birincisi, Polşa, Çexiya və Sloveniyanın baş nazirlərinin Kiyevə səfəri, ikincisi isə Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlunun Rusiya və Ukraynaya səfəri çərçivəsində keçirilən görüşlərdir”. Bunu politoloq Araz Aslanlı deyib. Analitik bildirib ki, ilk məqam Ukraynaya ilk növbədə psixoloji dəstək kimi çox lazım idi: “Üç ölkənin baş nazirlərinin hərəkəti cəsarətli addım və yaxşı dəstək kimi qiymətləndirilə bilər. Eyni zamanda aydındır ki, bu səfərlə bağlı qərar sadəcə üç liderə aid deyil.
Qərbin ümumi qərarı və Ukraynaya dəstəyinin simvoludur. Səfər edənlər arasında Almaniya, Fransa və İngiltərədən heç olmasa birinin rəhbərinin olması daha fərqli hava yarada bilərdi. Amma 2008-ci ildə Rusiyanın Gürcüstanı işğalı zamanı olduğu kimi Qərb orta səviyyəli nümayəndə heyəti göndərməyə qərar verdi. Çavuşoğlunun səfəri isə müharibəni dayandırmaq və Ukrayna böhranının həlli baxımından hələ ki, ən uğurlu və cəsarətli təşəbbüs kimi diqqəti cəlb edir”.
A.Aslanlı qeyd edib ki, Çavuşoğlu müharibə başladıqdan sonra hər iki tərəfi öz ölkəsində ziyarət edən yeganə yüksək səviyyəli vasitəçidir:
“Eyni zamanda iki tərəf arasında qısa müddət öncə baş tutmuş ən yüksək səviyyəli müzakirənin vasitəçisidir. Çavuşoğlunun Ukraynaya səfər edərək danışıqları orada davam etdirməsi planlaşdırılır. Ukraynadan sonra yenidən Moskvaya qayıda bilər. Həm Kiyevə baş naziri səfər edən üç ölkə, həm də Türkiyə səmimi şəkildə, mümkün qədər tez vaxtda müharibənin bitməsini və atılan addımların nəticə verməsini arzulayır, bu istiqamətdə əlindən gələni edir. Amma eyni zamanda ehtimal olunur ki, Şərqi Avropa dövlətləri hazırda Ukraynada müharibənin dayanmasını Ukraynanın ərazi bütövlüyündən daha önəmli görürlər. Bu, tərəflər arasında azacıq da olsa fikir ayrılığına səbəb ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm
Azərbaycanda miqrasiya prosedurları elektronlaşdırıldı
14:05 27.07.2026
Gündəm
Azərbaycan İstanbula yeni baş konsul təyin edib
13:40 27.07.2026
Gündəm
Kraudfandinq fəaliyyətinin hüquqi çərçivəsi müəyyən edilib
13:26 27.07.2026
Rəsmi