BƏƏ ANAMA-ya 5 milyon ABŞ dolları məbləğində yardım göstərib
14:55 04.06.2024
Siyasət
381
4 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ilə telefon danışığı aparılıb.
XİN-dən verilən xəbərə görə, telefon danışığı zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq çərçivəsində görülən işlər, həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə əməkdaşlıq perspektivləri, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.
Bununla yanaşı, bölgəmizdə post-münaqişə dövründə köçkünlərimizin öz doğma torpaqlarına geri qayıtması və yenidənqurma işlərində əsas təhdidlərdən biri olan ərazilərin minalanması problemi ilə mübarizə istiqamətində BƏƏ tərəfindən ANAMA-ya bu yaxınlarda 5 milyon ABŞ dollarında yardım göstərilməsininin vacibliyi vurğulanıb və buna görə qarşı tərəfə təşəkkür edilib. Göstərilən yardımın həmrəylik göstəricisi olduğu vurğulanıb.
Bakı Enerji Həftəsi çərçivəsində 4 iyun tarixində Neftçala və Biləsuvar elektrik stansiyasının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulmasının, eləcə də SOCAR və BƏƏ-nin Masdar şirkəti arasında imzalanan üç bərpa olunan enerji layihələri üzrə Səhmdarlar Sazişinin iki ölkə arasında sərmayə sahəsində əməkdaşlığının genişlənməsinə müsbət töhfə verdiyi qeyd edilib.
Bununla yanaşı, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın prezidentliyi və ev sahibliyinə hazırlıq prosesi çərçivəsində BƏƏ-nin COP28 prezidentliyi ilə əməkdaşlıq məsələləri, ölkələrimiz arasında yaşıl enerjiyə keçid istiqamətində əməkdaşlığın cari vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Telefon danışığı zamanı həmçinin digər beynəlxalq platformalarda əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Tərəflər qarşıdan gələn Qurban bayramı münasibətilə təbriklərini çatdırıb, ən səmimi arzu və diləklərini bildiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya