Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
17:36 20.09.2023
Siyasət
421
20 sentyabr 2023-cü il tarixində BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə görüşüb.
XİN-dən APA-ya bildirilib ki, görüşdə, Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyi, cari ilin sonunda Qambiyada keçiriləcək İƏT-in Zirvə Görüşünə hazırlıq məsələləri, habelə bölgədə cari vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov, Azərbaycanın İƏT-ə üzv olduğundan bəri Təşkilatla qurulan sıx əməkdaşlıqdan məmnunluqla bəhs edərək, bu xüsusda İƏT-in hər zaman ölkəmizin ərazi bütövlüyü və suverenliyi ilə bağlı ədalətli mövqedən çıxış etməsini minnətdarlıqla xatırlayıb. Bu istiqamətdə, xüsusilə Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “seçkilər” adlandırdığı qanunsuz fəaliyyətinin İƏT tərəfindən pislənilməsinin təqdirəlayiq olduğu bildirilib.
Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi dövründə QH ilə İƏT arasında əlaqələrin inkişafı istiqamətində əməli tədbirlərin görüldüyü, bundan sonra bu tərəfdaşlığın institusional çərçivəsinin də müəyyən edilməsinin faydalı olacağına inandığımız bildirilib.
Nazir Ceyhun Bayramov, həmçinin bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Azərbaycanın Qarabağ bölgəsində mövcud erməni silahlı birləşmələrinin bölgədəki sülh və stabilliyə əsas təhdid mənbəyi olduğu, bu xüsusda, baş verə biləcək təxribatların qarşısının alınması, habelə vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması məqsədilə lokal xarakterli antiterror tədbirlərinin həyata keçirildiyi diqqətə çatdırılıb. Görülən tədbirlərin hədəfinin qanunsuz hərbi birləşmələr və hərbi infrastruktur olduğu, mülki əhalinin hədəf alınmadığı, onların təhlükəsizliyinin təmin olunması üçün bütün lazımi tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Azərbaycanın suveren torpaqlarında 30 illik işğal dövründən qalma, milli qanunvericilik və beynəlxalq hüquqa zidd olan hər hansı hərbi mövcudluğun qəbuledilməz olduğu, bu xüsusda tərəfimizdən görülən tədbirlərin bu qanunsuz qüvvələrin çıxarılmasına və qondarma rejimin buraxılmasına istiqamətləndiyi vurğulanıb.
Baş katib Hissein Brahim Taha, İƏT-in ölkəmizin suverenliyi və ərazi bütövlüyünü tam şəkildə dəstəklədiyini diqqətə çatdıraraq, bölgədə sabitliyin bərqərar edilməsi istiqamətində göstərilən səylərin dayanıqlı sülh quruculuğu prosesində əhəmiyyətli rolu olduğunu bildirib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media