Ceyhun Bayramov Lixtenşteynin xarici işlər naziri ilə görüşüb
18:58 20.09.2023
Siyasət
431
20 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Lixtenşteynin xarici işlər, təhsil və idman naziri Dominik Hasler ilə görüşüb.
XİN-dən bildirilib ki, görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanları, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov, iki ölkə arasında əməkdaşlığın inkişafı üçün perspektivlərin mövcudluğundan bəhs edərək, bu xüsusda qarşılıqlı təmasların artırılmasının münasibətlərin inkişafında mühüm rol oynaya biləcəyini qeyd edib.
Nazir Ceyhun Bayramov 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesi, mövcud çağırışlar və təhdidlər barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Ölkəmiz tərəfindən Qarabağ bölgəsində işğal dövrünün qalıqları olan və beynəlxalq hüquq, habelə 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq mövcudluğunu davam etdirən erməni silahlı qüvvələrinə qarşı aparılan antiterror tədbirlərinin uğurla yekunlaşdığı diqqətə çatdırılıb. Sözügedən antiterror tədbirlərinin həyata keçirilməsi zamanı mülki əhalinin təhlükəsizliyinin təmin edilməsinin prioritet olduğu bildirilib.
Ermənistan tərəfindən ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasında səsləndirilən əsasız iddialar, o cümlədən bölgədə guya "gərgin humanitar vəziyyət", "blokada"nın mövcudluğu ilə bağlı yalan fikirlərin əksinə, ölkəmizin hər zaman bütün Azərbaycanda yaşayan sakinlər kimi erməni sakinlərin də hüquq və təhlükəsizliyini qorumaq əzmində olduğu bildirilib və bu xüsusda, görülən antiterror tədbirlərinin nəticələrinin faydalı olacağına dair inam ifadə edilib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media