Deputat: Dost ölkələr üçün əsl sınaq dövrüdür
Yusif Nəzərli
03:03 22.02.2024
Siyasət
415
Türkiyə, Gürcüstan AŞPA-ya səsləndi, ancaq regionda başqa ölkələr də var, biz onların da yanaşmasını, reaksiyasını gözləyirik
"Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin bu il keçiriləcək tədbirlərə qatılmasına maneə yaradılması ilə bağlı qəbul edilən qərarlara etirazımızı güclü şəkildə göstərdik". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan dövlət başçısı İlham Əliyevlə birgə mətbuata bəyanatında bildirib. Türkiyə lideri qeyd edib ki, Assambleyanın münaqişə yox, parlament demokratiyasını gücləndirəcək bir dialoq platforması olmasının vacibliyini vurğulamaqda davam edəcəklər: "Qəbul olunan qərar ləğv edilənə qədər Azərbaycana dəstəyimizi və bu istiqamətdəki səylərimizi davam etdirəcəyik". Gürcüstan da AŞPA-nın Azərbaycanla bağlı qərarını pisləyib. Gürcüstan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Givi Mikanadze AŞPA-nın sessiyası zamanı Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsi barədə qəbul olunmuş qətnamə ilə əlaqədar qurumun sədri Teodoros Rousopoulosa məktub ünvanlayıb. Məktubda bildirilib ki, bu qətnamə AŞPA çərçivəsində Azərbaycanla gələcək əməkdaşlığı və fikir mübadiləsini mümkünsüz edir: "Bu, AŞPA-nın Cənubi Qafqaz regionu ilə qarşılıqlı fəaliyyətinə də mənfi təsir göstərəcək. Üstəlik, bu qərar Avropa Şurasının dialoq və əməkdaşlıq üçün vacib platforma kimi missiyasına və nüfuzuna da xələl gətirir. Bu qətnamə Avropa Şurasının dəyər və öhdəliklərinin ruhuna zidd olmaqla yanaşı, daha çox qütbləşməyə səbəb ola və AŞPA-ya üzv dövlətlər arasında xüsusilə dəyərli olan etimad əsaslı əməkdaşlığa xələl gətirə bilər". Məktubun sonunda bu qətnamənin ləğvinin Avropa Şurasının maraqlarına xidmət edəcəyinə əminlik ifadə olunur. Məlumat üçün deyək ki, dövlət başçısı İlham Əliyev Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında hüquqlarının bərpa olunmayacağı təqdirdə, Azərbaycanın Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirakı məsələsinə yenidən baxılacağını bildirib. Bu o deməkdir ki, Strasburqda məsələ müsbət həll olunmasa, Azərbaycan Avropa Şurasının digər strukturlarını da tərk edəcək. Ekspertlərin fikrincə, Avropa Şurası rəhbərliyinin vaxtı azalır. Azərbaycanı itirmək və ölkəmizin Avropadan uzaqlaşmasını istəmirlərsə, AŞPA-da ölkəmizin səsvermə hüququnun bərpasını təmin etməlidirlər.
Millət vəkili Elman Nəsirli "Sherg.az"a deyib ki, Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı addımı qərəzlidir və siyasi riyakarlıqdır. Deputat vurğulayıb ki, vaxtı ilə AŞPA-da Ermənistanın işğalıçılıq siyasəti ilə bağlı məsələləri qaldırarkən bizə deyirdilər ki, onlar bu cür işlərlə məşğul olmurlar:
"AŞPA belə mövzularla ATƏT-in məşğul olduğunu deyirdi. Nə baş verdi ki, AŞPA öz funksiyasından kənara çıxaraq Azərbaycana qarşı qərəzli davranış ortaya qoyur. Artıq olan olub, bizim üçün hazırkı vəziyyətdə maraqlı məqam odur ki, ayrı-ayrı dövlətlərin AŞPA-nın haqsız qərarına münasibətdə davranışı necə olacaq. Gözləntilərimiz özünü doğruldur. Türkiyə bizim üçün qardaş ölkə, strateji müttəfiqimizdir. Azərbaycan dövlət başçısı cənab İlham Əliyevin yenidən seçilməsindən sonra Türkiyəyə ilk rəsmi səfəri çərçivəsində bunun növbəti dəfə şahidi olduq. Türkiyə lideri bu məqama xüsusi toxunaraq qeyd etdi ki, Ankara AŞPA-nın bu qərarının qəti əleyhinədir və Azərbaycanın haqq işini daim müdafiə edəcək. Hətta Türkiyə Prezidenti yanlış qərarın ləğvi istiqamətində səylərini davam etdirəcəklərini vurğuladı ki, bu da birmənalı mövqedir. Digər strateji tərəfdaşımız, qonşu ölkə Gürcüstanın parlamenti də analoji addım atdı. Gürcüstan parlamenti AŞPA rəhbərliyinə rəsmən müraciət edərək Azərbaycan əleyhinə atılmış bu addımın regionda sülhə və təhlükəsizliyə xidmət etmədiyini vurğulayıb. Bu həm də, bir sınaq dövrüdür. Biz müxtəlif dövlətlərin Azərbaycanla münasibətlərinin hansı səviyyədə olduğunu görəcəyik. Bir neçə dövlətlərin mövqeyi artıq bəllidir, ancaq regionda başqa ölkələr də var. Biz onların da yanaşmasını, reaksiyasını gözləyirik. Yaxşı dost pis gündə tanınar. Görək, region ölkələri, haqq-ədalətdən dəm vuran dövlətlər özlərini necə aparacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
17:46 21.04.2026
Gündəm
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə açıqlama
17:35 21.04.2026
Gündəm
Aprel ayının pensiya ödənişləri yekunlaşdı
17:16 21.04.2026
Sosial
Cevat Gök: Netanyahu faktoru sülhü poza bilər - ŞƏRH
17:14 21.04.2026
Gündəm
Təhdid xarakterli paylaşım edən məktəbli saxlanılıb
17:06 21.04.2026
Hadisə
Tramp: İrana qarşı yeni zərbələrin endirilməsini gözləyirəm
17:05 21.04.2026
Gündəm
Metronun fəaliyyətinin dayanmasının səbəbi açıqlanıb
16:51 21.04.2026
İnfrastruktur
Çalhanoğlu gələcəyi ilə bağlı seçim etdi
16:09 21.04.2026
Futbol