Deputat köməkçilərinin işə götürülməsinə başlanıb


Deputat köməkçilərinin işə götürülməsi prosesinə başlanıb.

APA-nın məlumatına görə, ötən müddətdə sənədlərində problem aşkarlanmayan 60-dan çox deputat köməkçisi rəsmi olaraq işə götürülüb.

Milli Məclis Aparatında deputat köməkçisi təsdiqlənmək üçün sənədləri təqdim edilən digər şəxslərin sənədlərinin araşdırılması davam edir.