Deputat yeni baş prokurora güvənir: “Hər kəs qanunun gücünü görəcək!
Turan
09:30 04.05.2020
Siyasət
1362
Eldəniz Səlimov: “Kamran Əliyev qanunçuluğun təmin olunması və möhkəmləndirilməsi prosesinə öz töhfələrini verəcək”
“Bir millət vəkili kimi istər Kamran Əliyevin Baş prokurorluğa namizədliyinin irəli sürülməsinə, istərsə də, Milli Məclisin razılığından sonra ölkə Prezidentinin bununla bağlı Sərəncamına çox müsbət yanaşıram”.
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
Deputat bildirib ki, Kamran Əliyev bu vəzifəyə doğrudan da, çox layiqli namizəddir:
“Kamran müəllimlə ilk dəfə Xaçmaz rayonunda keçirilən regional müşavirədə tanış olmuşdum. Onu çox sadə, səmimi, dövlətinə, Azərbaycan xalqına, ölkə Prezidentinə çox sadiq və sədaqətli insan kimi tanımışdım və bu mövqeyimdə də qalıram. Odur ki, Kamran Əliyevi ölkənin Baş prokuroru vəzifəsinə təyin edilməsi münasibəti ilə həm öz adımdan, həm də xaçmazlılar adından təbrik edir, ona yeni vəzifəsində, növbəti işlərində uğurlar arzulayıram.
İnanıram və əminəm ki, peşəkar hüquqşünas, prokurorluq orqanlarında uzun və şərəfli bir yol keçmiş insan kimi, Kamran Əliyev bu vəzifəsinin də öhdəsindən uğurla gələcək, ona göstərilən etimadı tam doğruldacaq.
Kamran Əliyevdə bu potensial, qabiliyyət, bacarıq var. Eyni zamanda, ölkə Prezidentinin Kamran Əliyevi videoformatda qəbul zamanı dedikləri hər bir kəsin, eyni zamanda, ölkədə qanunların və qanunçuluğun təmin olunmasında birbaşa cavabdehlik daşıyan prokurorluq orqanlarının fəaliyyətində başlıca ana xətti təşkil edəcək. Hər bir kəs, o cümlədən, prokurorluq əməkdaşları ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələri, tələb və tövsiyələri öz fəaliyyətlərində rəhbər tutacaqlar.
Xüsusilə də, rüşvətxorluğa, korrupsiyaya, dövlət əmlakının mənimsənilməsinə və bu kimi digər neqativ hallara qarşı mübarizədə daha böyük prinsipiallıq, əzmkarlıq və qətiyyətlilik nümayiş etdiriləcək. Hansı vəzifəni daşımasından, hansı vəzifədə əyləşməsindən asılı olmayaraq, hər bir kəsə qarşı eyni münasibət sərgilənəcək. Səhlənkarlığa, nöqsanlara, ciddi səhvlərə yol verənlərə qarşı ən sərt tədbirlər görüləcək. Hər kəs qanunun gücünü görəcək !.”
Parlament üzvü bəyan edib ki, Azərbaycan qanunlarla idarə olunan hüquqi-demokratik ölkədir:
“Digər istiqamətlərdə olduğu kimi, hüquq müstəvisində aparılan islahatlar bundan sonra da davam etdiriləcək və geridönməz xarakter alacaq. Ölkə Prezidentinin qeyd etdiyi kimi prokurorluq orqanlarında daha genişmiqyaslı islahatlara ehtiyac var. Dövlət başçısı ümid etdiyini bildirdi ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq. Mən də inanıram ki, Respubluka Prokurorluğu onun qarşısında qoyulan bu vəzifələrin öhdəsindən gəlməyi bacaraq, Azərbaycanda qanunçuluğun təmin olunması və möhkəmləndirilməsi prosesinə öz töhfələrini verə biləcək. Bu məsələlərdə xalq olaraq öz köməyimizi, dəstəyimizi də əsirgəməməliyik və əsirgəməyəcəyik. Azərbaycan bizim hamımızın evidir. Hamımız bu evin huzuru, möhkəmliyi, səadəti, əbədiliyi üçün öz üzərimizə düşən vəzifələri yerinə yetirməliyik. Bizim insanlıq, vətəndaşlıq borcumuzdur. Ona görə inanıram ki, biz birlikdə qalib olacağıq, birlikdə hər şeyin öhdəsindən gələcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Peruda təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
01:51 02.08.2026
Dünya
Seutada vəziyyət sabitləşir, nəqliyyatın hərəkəti bərpa olunub
00:53 02.08.2026
Gündəm
2 avqust Azərbaycan Kinosu Günüdür
00:35 02.08.2026
Mədəniyyət
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya