
Dünyanı qan çanağına çevirmək istəyən İran - RƏY
07:25 09.05.2024
Siyasət
614
İstənilən yerdə, istənilən zamanda müsəlmanların ittifaqına, sabitliyinə xələl gətiriləcək addımların hamısında Tehranın barmağı var “Səudiyyə Ərəbistanındakı müəyyən sabitlik İranı narahat edir. Ziyarətin müqəddəsliyinə xələl gətirmək islam qanunlarına görə ən böyük küfrdür”
İranın dini rəhbəri Əli Xamenei bundan əvvəl baş verənləri nəzərə almadan, növbəti dəfə Həcc ziyarəti üçün Məkkəyə getməyi planlaşdıran 87550 iranlı zəvvardan Həcc mərasimləri zamanı siyasi fəallıq göstərmələrini tələb edib.
O, mayın 6-da etdiyi çıxışında Qəzzada baş verənlərə toxunub, İsrailə qarşı ənənəvi ittihamlar səsləndirib və zəvvarları zalımlara, İsrailə və onu dəstəkləyənlərə qarşı mövqe nümayiş etdirməyə çağırıb.
İranın dini liderinin çağırışını şərh edən Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan “Sherg.az"a açıqlamasında deyib ki, İran dünyanı qan çanağına çevirmək istəyir:

“Bunun üçün öncə islam aləmini hər vəchlə qarışdırır. Əsl məqsədi bütün müsəlman ölkələrində təxribat, terror və qarşıdurma yaratmaqdır. Qərblə gizli ideoloji siyasi həmrəylik prinsiplərinin müddəalarına görə, İran mümkün qədər Suriya, Fələstin, Livan, İraq, Yəməndə daha çox müsəlman qanının axmasına şərait yaradacaq, buna qarşılıq isə ABŞ və Qərb dövlətləri İranın indiki rejiminə toxunmayacaq və Sasani imperiyasının siyasi sərhədləri çərçivəsində İran maraqlarına toxunmayacaq. Ona görə də İranın Səudiyyə Ərəbistanında Həcc ziyarətini qan çanağına döndərmək istəyi anlaşılandır. Yəni istənilən yerdə, istənilən zamanda müsəlmanların ittifaqına, sabitliyinə xələl gətiriləcək addımların hamısında İranın barmağı vardır. Onların siyasi, ideoloji prinsiplərinə görə islam dinini alət edib fars, məcusi siyasəti aparılır. Yəni islam üzrə olduqları əsl ideoloji xətti gizlətmək üçün, müsəlmanları yanıltmaq naminə istifadə edilən pərdədir. Hətta keçən illərdə Yəməndəki İrana bağlı qruplaşma Kəbəni də vuracaqları ilə hədələmişdi”.
T.İrfan hesab edir ki, qarşıdurma yaranmaması üçün müsəlman dövlətləri tədbir görməlidirlər. Fələstində axan qanlar bəzilərini doydurmur, ona görə daha çox qan axıtmaq üçün çalışırlar: “Səudiyyə Ərəbistanındakı müəyyən sabitlik İranı narahat edir. Ziyarətin müqəddəsliyinə xələl gətirmək islam qanunlarına görə ən böyük küfrdür. Məhz bu kimi addımlara fitva vermək açıq-aşkar islamın əleyhinə savaş açmaqdır. Həcc ziyarətində islam dininə görə siyasət, təxribat, dünya işləri olmaz, orada ancaq ibadət və Allaha itaət nümayiş edilməli, bir çöpü belə qopartmaq, bir heyvanı belə öldürmək olmaz. Müsəlmanlar təxribata uymamalıdırlar. İndiki fars rejiminin ideoloji sələfləri olan Qərmətilər də vaxtilə Kəbəni dağıdıb, Qara Daşı da ortadan parçalayıb, zəvvarları da öldürüb Zəmzəm quyusuna tökmüşdülər. Ola bilsin, yenidən müsəlmanlara qarşı belə bir təxribata cəhd edilsin. Odur ki, təhlükəsizlik tədbirləri vacibdir. Çünki Azərbaycandan da kifayət qədər Həcc ziyarətinə gedən vətəndaşlarımız var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə
Rusiya bir gecədə 531 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
09:57 28.10.2026
Dünya
Paşinyanın bəyanatı hakim partiyada narahatlıq yaradıb
09:46 28.10.2026
Gündəm
Qızıl və gümüş ucuzlaşmağa davam edir
09:41 28.10.2026
İqtisadiyyat
Akif Beybutov vəfat etdi - Foto
09:33 28.10.2026
Hadisə