Emin Həsənli: “Xalqımız Prezidentin ətrafında birləşib”
17:07 19.09.2023
Siyasət
401
“Ordumuzun Qarabağda keçirdiyi lokal anti-terror əməliyyatları Azərbaycanın tam haqqıdır. Beynəlxalq hüquqa və Azərbaycan Konstitusiyası Azərbaycan dövlətinə belə bir əməliyyatı reallaşdırmaq üçün yam əsas verir”.
Bu fikirləri hərbi ekspert Emin Həsənli Herbiand.az-a bildirb.
Emin Həsənli hesab edir ki, 10 Noyabr bəyanatının şərtlərini Ermənistan əməl etmədi və Azərbaycan dövlətinə, ordusuna, mülki əhalisinə qarşı dalbadal təxribatlar törətdi.
“Azərbaycan dövlətinin alternativ yollarla problemi həll etməyə çalışdı, amma sonda başqa yol qalmadı. Necə ki, 44 günlük Vətən müharibəsi dövrü, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini Azərbaycan dövləti yerinə yetirdi, indi də Azərbaycan ordusu 10 noyabr bəyanatının şərtlərini həyata keçirir”.
Hərbi ekspert əminliklə bildirir ki, xalqımız həmrəydir:
“Xalqımız Ali Baş Komandan, cənab Prezidentin ətrafında birləşib, orduya dəstək verir. Bu birliyin məqsədi Azərbaycanın bütün ərazilərində suveren hüquqları təmin olunsun. Azərbaycanın konstitusion quruluşu tam bərpa olunmalıdır. Atılan addımlar qardaş Türkiyə tərəfindən dəstəklənir və biz bunu yüksək qiymətləndiririk.
Allahın köməkliyi ilə ordumuz qarşıya qoyulan bu müqəddəs vəzifəni yerinə yetirəcək. Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək nəticələr əldə ediləcək. Ordu hazırda maddi texniki bazası, ən əsası mənəvi psixoloji ruh yüksəkliyi və böyük təcrübə əldə etdi. İndiyə qədər döyüşlərdə təcrübə onu deməyə əsas verir ki, qələbə Azərbaycanındır və qısa zamanda Azərbaycan dövləti, Azərbaycan ordusu qarşıya qoyulan tapşırığı layiqincə yerinə yetirəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media