Ermənilərin terrorçuları tələb etməyə haqqı yoxdur
Banuçiçək Kalbalıyeva
11:22 17.04.2021
Siyasət
606
“Ermənistanın süni gündəm yaratmaq cəhdi iflasa məhkumdur”. Bu sözləri politoloq Nurlan Qələndərli deyib. O, məsələ barədə daha ətraflı “Şərq”ə danışdı: “Ermənistanın “hərbi əsirlərin qaytarılması” mövzusunda süni gündəm yaratmaq cəhdi siyasi manipulyasiyadır. Məqsəd bu ölkənin üçtərəfli bəyanatın bəzi müddəalarından irəli gələn tələbləri icra etməməsindən diqqəti yayındırmaqdır. Özlərinə də yaxşı məlumdur ki, hərbi əsirlər mövzusu artıq öz həllini tapıb. Azərbaycan tərəfi üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistana 70-dən artıq hərbi əsir verib”.
N.Qələndərlinin fikrincə, rəsmi İrəvanın terrorçuların geri qaytarılmasını tələb etməyə haqqı yoxdur:
“Sirr deyil ki, 10 noyabr razılaşmasından sonra Ermənistan Azərbaycanın ərazilərində bir sıra hərbi təxribatlar törətməyə cəhd göstərib. Nəticədə hərbçilərimiz həlak olub, mülki şəxslər yaralanıb. Azərbaycan tərəfi ermənilərin həmin təxribatçı qruplarını zərərsizləşdirib və cinayətkarlar tutulub. Nəticə etibarilə, 10 noyabr 2020-ci il tarixli bəyanatın imzalanmasından, yəni hərbi əməliyyatların dayandırılmasından sonra Azərbaycanda saxlanılan şəxslər hərbi əsir hesab edilmirlər. Beynəlxalq humanitar hüquq normaları bu məsələni dəqiq təsbit edir. Onlar Azərbaycan Respublikasının cinayət məcəlləsinə görə qanun qarşısında hüquqi məsuliyyət daşıyırlar. Ermənistan bu cür spekulyasiyalarla məşğul olmaq əvəzinə, üçtərəfli bəyanatda əksini tapmış öhdəliklərinə qeyd-şərtsiz əməl etməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə