
Ermənilərlə Bakının DİALOQU: "...başqa yol yoxdur!"
04:33 21.09.2023
Siyasət
690
Bu gün Yevlaxda görüş keçiriləcək Qarabağdakı separatçıların, silahlı dəstələrin təslim olması çox mühüm nailiyyətdir Bundan sonra Qarabağla bağlı bütün proses Azərbaycan Konstitusiyası çərçivəsində həyata keçiriləcək
Prezident Administrasiyasının təklif etdiyi kimi, Respublikanın Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək. Bu barədə Administrasiya açıqlama yayıb. Qeyd olunub ki, separatçılar Yevlaxda görüş keçirmək çağırışı ilə razılaşıblar. Xatırladaq ki, Azərbaycan tərəfi Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə dialoqa dəvət edib. Lakin onlar hər dəfə bundan imtina ediblər. Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Qarabağın erməni sakinlərinin nümayəndələrinin rəsmi Bakı ilə danışıqlarında iştirak etmir. Bir sıra ölkələr, o cümlədən Türkiyə və Qazaxıstan Bakının Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş təşəbbüsünü alqışlayıblar. Qazaxıstan qardaş Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə tam dəstəyini bir daha təsdiq edib. Bu ölkənin Azərbaycandakı səfiri Alim Bayel deyib ki, Cənubi Qafqazda sülh atmosferin və qarşılıqlı faydalı əməkdaşlığın bərqərar olması, bütün kommunikasiyaların açılması regionun bütün ölkələrinin maraqlarına cavab verir. Ermənilərdən də Yevlax görüşü və reinteqrasiya ilə bağlı pozitiv açıqlamalar gəlir. Erməni bloger İşxan Verdyan öz teleqram kanalında qeyd edib ki, Qarabağda qalmaq istəyən ermənilər üçün hər şey yaxşı olacaq: "Vəssalam. Kabusun sonu. Daha ölüm olmayacaq. Tezliklə yaraları sağaltmaq və normal həyata qayıtmaq vaxtı gələcək. Ermənistandakılar isə oturub düşünsünlər. Düzdür, onlar həmişə olduğu kimi normal bir şey tapmayacaqlar. Amma bu artıq məni çox narahat etmir. Mən Qarabağda, qalan ermənilərlə yaşamağa gedirəm”.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Azərbaycan Ordusunun antiterror tədbirləri uğurla başa çatdı. Ekspertin sözlərinə görə, Qarabağdakı separatçıların, silahlı dəstələrin təslim olması çox mühüm nailiyyətdir:

"Təslimin şərtləri var. Əsas tələblərdən biri silah-sursatın təhvil verilməsi, hərbi birləşmələrin buraxılması və Ermənistan hərbçilərinin Azərbaycanı tərk etməsidir. Digər önəmli məqam isə Qarabağdakı ermənilərin reinteqrasiya məsələsidir. Əlbəttə, Qarabağdakı ermənilər rəsmi Bakı qarşısında hansısa şərt irəli sürə bilməz. Ermənilər Bakı ilə dialoqa, müzakirə aparacaqlarına razılıq veriblər. Ola bilsin, görüşlərdə, təmaslarda Rusiya sülhməramlılarının nümayəndələri də iştirak etsin. Amma antiterror tədbirlərindən əvvəlki vəziyyət olmayacaq. Bundan sonra Qarabağla bağlı bütün proses Azərbaycan Konstitusiyası çərçivəsində həyata keçiriləcək. Qarabağda yaşamaq və vətəndaşlıq almaq istəyən ermənilər də rəsmi Bakının bütün şərtlərinə, tələblərinə qeyd-şərtsiz əməl etməlidirlər. Ya da torpaqlarımızı tərk etməlidirlər, başqa yol yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media