
Fransa başından yekə işlərə baş qoşub - RƏY
06:08 21.09.2023
Siyasət
557
Paris ermənilərdən istifadə etməklə heç zaman niyyətinə çata bilməyəcək
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qarabağdakı situasiya ilə bağlı iclası sentyabrın 21-nə planlaşdırılmışdı. BMT-yə müraciəti Ermənistanın havadarı Fransa etmişdi. Rəsmi Paris hər zaman olduğu kimi Azərbaycan Ordusunun antiterror tədbirləri çərçivəsində də İrəvanı açıq müdafiə etdi və ölkəmizə qarşı ittihamlar səsləndirdi. Məsələ ondadır ki, Fransa rəsmiləri, Milli Assambleyası və Senatı Azərbaycana qarşı bəyanatlar verilməsi və sənədlərin qəbulunda Ermənistandan daha fəal çıxış edirlər. Azərbaycan Xarici İşlər Nazirliyinin Fransaya etiraz notasında bildirilib ki, Fransanın 1997-2020-ci illərdə ATƏT-in Minsk qrupunda həmsədrliyi dövründə münaqişənin beynəlxalq hüquq əsasında ədalətli həllini tapmasından daha çox işğal nəticələrinin və bölgədəki status-kvonun saxlanmasına töhfə verdiyi yaxşı yadımızdadır. Bu baxımdan hazırkı postmünaqişə vəziyyətində belə əvvəlki siyasətindən imtina etməyən Fransanın Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq görülən tədbirlər barədə bəyanatını işğal dövrünün qalıqlarına göstərilən dəstək kimi qiymətləndirmək lazımdır. 44 günlük Vətən müharibəsi zamanı da anti-Azərbaycan mövqeyi və bəyanatları ilə seçilən Fransanın, münaqişədən sonrakı vəziyyətdə bölgədə sülh quruculuğu səylərindən kənarda dayanaraq, prosesə yalnız mənfi təsir göstərən açıqlamalar verməsi, separatizmi dəstəkləyən mövqe göstərməsi ilə özünü regiondan daha da təcrid etməsi yaxşı məlumdur. Fransanın mövqeyi bu ölkənin müstəmləkə bölgələrində üzləşdiyi mövcud vəziyyətdən dərs almadığını və bu mövzuda əvvəlki davranışlarını və siyasətlərini davam etdirdiyini göstərir. Fransanın islamafob və anti-Azərbaycan siyasəti və onun daxili işlərimizə qəbuledilməz müdaxiləsi göstərir ki, Paris regiondan nə qədər uzaq olsa, bir o qədər yaxşı olar.
Politoloq Qabil Hüseynli deyib ki, Fransanın Cənubi Qafqazla bağlı həm ideoloji, həm də geosiyasi maraqları var. Analitikin fikrincə, rəsmi Paris geosiyasi planda müstəmləkə yerlərində yaranmış boşluğun yerini Cənubi Qafqazda özlərinin təsir dairələrini yüksəltməklə qoruyub saxlamağa çalışır:

"Fransa yaxşı bilir ki, ermənilərdən maşa kimi istifadə etmək asandır. Düşünürlər ki, erməni kartından istifadə etməklə Türkiyə və Azərbaycanı daim nəzarət və təzyiq altında saxlaya bilərlər. Amma Fransa başından yekə işlərə baş qoşub. Fransa bölgədə strateji üstünlük qazanmaq və Azərbaycanı öz təsir dairəsində saxlamaq üçün ermənilərdən istifadə etməklə heç zaman niyyətnə çata bilməyəcək. Bu nöqteyi-nəzərdən Fransanın addımları avantürizm, siyasi manipulyasiya, siyasi möhtəkirlik və yeni müstəmləkəçilik siyasəti kimi səciyyələndirilə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə