Fransa "demokratiya"sı sınağa çəkilir
Yusif Nəzərli
00:30 19.03.2022
Siyasət
620
Paris üçün Korsika məsələsi heç zaman qəbul olunmayacaq
"Onların hamısı Qərb ölkələri tərəfindən “separatçı” və “terrorçu” kimi qələmə verilirlər. Hər zaman vurğulayırlar ki, Avropa separatizmi qəbul etmir. Amma bu prinsip ancaq öz ərazilərində keçərlidir"
“Öz fəaliyyətimizlə müstəqillik hərəkatımızda yeni perspektivlər açmağa çalışırıq. Korsikanı müstəqilliyə çatdıracaq siyasi güc yaratmaq vaxtıdır”. 1976-cı ildə mübarizəyə başlayan Korsikanın Milli Azadlıq Cəbhəsi 2014-cü ildə silahı yerə qoyarkən məhz bu açıqlama ilə gündəmə gəlmişdi. Bu andan sonra mübarizənin aparılmasında demokratik qaydaların rəhbər tutulması ön plana çıxdı. Yəni korsikalılar qanuni yollarla “fransız” deyil, korsikalı olmaq istədiklərini bildirir, öz dillərinin fransız dili ilə eyni statusa sahib olmasını istəyir, muxtariyyət tələb edirdilər.
Lakin yekunda Fransa dövləti üçün korsikalıların demokratik tələblərinin heç bir anlam daşımadığı ortaya çıxdı. Son günlər Korsikada davam edən etirazlar Fransanın özünəməxsus “demokratiyasının” öz vətəndaşlarının qanuni tələblərinə qətiyyən məhəl qoymadığını göstərdi. Korsikalılar isə müstəqillik bir yana qalsın, muxtariyyətə belə razı olduqlarını bildirirlər.
Təbii ki, Fransa demokratiyası üçün bu da qəbuledilməz hesab olunur. Fransa Avropada demokratiya uğrunda “mübarizə öncüllərindən” biri kimi təqdim olunsa da, həmin demokratiyanın bütün tələblərini açıq-aşkar tapdalamağa çalışır. Rəsmi Paris üçün Korsika məsələsi heç zaman açılmayacaq, heç bir müstəvidə qəbul olunmayan bir anlayışdır. Halbuki, Fransa heç də həmişə “demokratiya”nı boğmağa çalışmır. Məsələn, söhbət ermənilərdən gedəndə hətta separatçılığı belə demokratiyanın başlıca şərtinə çevirə bilər. Utanmadan separatizmlə demokratiyanı eyniləşdirə də bilər. Yetər ki, Parisin maraqları təmin olunsun. Üstəlik, ermənilərin korsikalılar kimi tarixi əsasları da yoxdur. Mövcud olan tarixi faktlar, sənədlər onların bu bölgədə gəlmə olduğunu birmənalı şəkildə ortaya qoyur.
Politoloq Qabil Hüseynli “Şərq”ə deyib ki, Avropada təkcə Fransada deyil, digər ölkələrdə də öz müqəddəratını həll etməyə çalışan, bunun uğrunda mübarizə aparan etnik topluluqlar çoxdur. Siyasi şərhçi vurğulayıb ki, İngiltərədə Şimali İrlandiya, İspaniyada Kataloniya, Qrenada, Fransada Korsika kimi bölgələr illərdir müstəqillik uğrunda mübazirə aparırlar:
“Onların hamısı Qərb ölkələri tərəfindən “separatçı” və “terrorçu” kimi qələmə verilirlər. Hər zaman vurğulayırlar ki, Avropa separatizmi qəbul etmir. Amma bu prinsip ancaq öz ərazilərində keçərlidir. Məsələn, İspaniyada katalonlar açıq, silahlı formada mübarizə apardıqlarına görə onları birmənalı “terrorçu” siyahısına salıblar. Bütün dünyaya da o cür təqdim edirlər. Eyni zamanda post-sovet ölkələrindəki, Moldovada, Ukraynada, Gürcüstandakı separatçı rejimlərlə bağlı da “öz müqəddəratını həll etmək” məsələsini gündəmə gətirmirlər. Amma ermənilərlə bağlı dərhal ortaya atılır, “müstəqillik”dən, “status”dan dəm vururlar. Burada xristian təəssübkeşliyi ilə yanaşı, ermənipərəst qüvvələr və erməni diasporası da önəmli rol oynayır. Açıq-aşkar anti-türk, anti-müsəlman mövqeyi sərgiləyirlər.
Dəfələrlə qeyd olunub ki, ermənilər öz müqəddəratını həll edərək, bizim torpaqlarımız hesabına “dövlət” qurublar. İkincisi isə əsla olmayacaq. Heç zaman buna yol verməyəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm
Azərbaycanda miqrasiya prosedurları elektronlaşdırıldı
14:05 27.07.2026
Gündəm
Azərbaycan İstanbula yeni baş konsul təyin edib
13:40 27.07.2026
Gündəm
Kraudfandinq fəaliyyətinin hüquqi çərçivəsi müəyyən edilib
13:26 27.07.2026
Rəsmi
Azərbaycan mühacirlərinin "Aras"ı
13:22 27.07.2026
Tarix
Faktiki hava açıqlanıb
13:20 27.07.2026
Ekologiya