
Fransanın müdaxilə cəhdləri: Sülhün bir addımlığında - Ermənilər nə istəyir?
Yusif Nəzərli
11:02 22.09.2023
Siyasət
747
Ötən gün Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının iclası keçirilib. Toplantı heç bir sənəd qəbul olunmadan başa çatıb.
İclasda Fransa, Almaniya və Aİ-nin BMT TŞ-da Azərbaycana qarşı çıxışlar ediblər.
Xüsusi ilə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borelin sentyabrın 21-də regionda baş verən son hadisələrlə bağlı bəyanatı yerlərdəki bütün reallıqları qəsdən təhrif edib. Borrelin dünən danışdığını Aİ ayrıca bəyanat kimi yaymaq istəsə də, Macarıstanın etirazına görə baş tutmayıb.
Görünür, Aİ prosesə – xristian təəssübkeşliyi, səlibçi psixologiyası ilə yanaşır. Çünki Ermənistanın baş nazirinin özü Qarabağda ermənilərin həyatına təhlÜkə olmadığını bəyan etdiyi halda, Aİ və ayrı-ayrılıqda burada baş rolda olan ölkələr əsassız ittihamlar və iftiralar səsləndirirlər. Bu isə ikili standartların bariz nümunəsidir.
Aİ-nın və bəzi Avropa ölkələrinin BMT-dəki çıxışını "Sherg.az" dəyərləndirən millət vəkili Asim Mollazadə vurğulayıb ki, Azərbaycana qarşı irəli sürülən "ittiham"lar Fransanın təzyiqi altında həyata keçirilib:

"Hadisə bilavasitə erməni diasporu ilə əlaqədardır. Erməni lobbisi Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını və Qarabağda yaşayan erməni icmasının reinteqrasiyasını istəmir. Onların arzuları faciələr yaratmaq, "erməni genosidi" adı ilə dünyaya yalandan car çəkməkdir. Rəsmi Parisin bütün ifadələri də bilavasitə erməni lobbisinin istəkləri ilə bağlıdır".
A.Mollazədənin sözlərinə Fransa bölgəyə müdaxilə etmək istəyir:
"Çünki onlar Afrikadakı mövqeylərini itiriblər. Yeni kolonial siyasət yürütmək üçün isə Rusiyanın zəifləməsindən istifadə edərək Cənubi Qafqazda Moskvanı əvəzləməyə çalışırlar. Fikrimcə, onlar uğursuzluğa düçar olacaq. Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində münaqişənin həllinə nail olub. Hətta Ermənistanın Baş naziri belə qeyd edib ki, Qarabağdakı erməni icmasına heç bir təhlükə yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə