Gürcüstanın vasitəçiliyi effektsizdir: “Masada Türkiyə, Rusiya kimi güclər var”
Yusif Nəzərli
11:24 19.11.2021
Siyasət
866
17 noyabr 2021-ci ildə Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani azərbaycanlı və erməni həmkarları - Ceyhun Bayramov və Ararat Mirzoyanla görüş keçirib.
Görüşlər "Şərq tərəfdaşlığı" ölkələrinin XİN başçılarının Brüssel toplantısı çərçivəsində baş tutub. Müzakirələr zamanı bölgədəki vəziyyət nəzərdən keçirilib.
D.Zalkaliani regionda sabitlik və sülhün gücləndirilməsinin və iki ölkə arasında gərginliyin deeskalasiyasının əhəmiyyətini vurğulayıb.
XİN başçısı bildirib ki, Gürcüstan regionda dayanıqlı sülh və sabitliyin möhkəmləndirilməsi prosesinə töhfə vermək üçün səylər göstərməyə hazırdır.
Tərəflərin görüşünü "Sherg.az"a şərh edən beynəlxalq məsələlər üzrə mütəxəssis Sultan Zahidov deyib ki, Gürcüstan daim proseslərdə iştirak etməyə cəhd göstərib:
"1990-cı illərdən bugünədək rəsmi Tiflis Azərbaycanla Ermənistan arasında dəfələrlə vasitəçilik missiyasını öz üzərinə götürməyə səy göstərib. İkinci Qarabağ müharibəsində də Gürcüstan siyasi rəhbərliyi vasitəçilik təşəbbüsünü ortaya qoydu”.
Mütəxəssis hesab edir ki, münaqişənin həll edilməsi rəsmi Tiflisə müsbət təsir göstərəcək:
" "Vətən" müharibəsində qonşu ölkədə ermənilər ayağa qalxmışdı. Gürcüstandanın daxili təhlükəsizliyinin təmin olunması, eyni zamanda Azərbaycan Ermənistan münaqişəsi arasında qalmamaq baxımından məsələnin sülh yolu ilə həlli qonşu ölkəyə divident qazandırır. Həmçinun iqtisadi maraqları qeyd etmək lazımdır.
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanarsa, Gürcüstanın faydalana biləcəyi, tərəfləri birləşdirəcək kommunikasiya xəttləri açıla bilər. Lakin rəsmi Tiflisin iqtisadi cəhətdən uduzmaq ehtimalı da var. Zəngəzur dəhlizinin açılması Azərbaycana Türkiyəyə çıxmaq üçün alternativ yol yaradır. Bu da onların əleyhinə ola bilər".
S.Zahidov Gürcüstan tərəfinin cəhdlərinin simvolik xarakter daşıdığını vurğulayıb:
" Hər iki dövlətlə dostluq münasibətləri içərisindədir. Münaqişədə vasitəçi kimi iştirak etməyi özünün "mənəvi borcu" hesab edir. Amma Gürcüstan bir o qədər də nüfuzli dövlət deyil. Ona görə münasibətlərin normallaşmasında rəsmi Tiflis əhəmiyyətli rol oynaya bilməz. Çünki masada Türkiyə, Rusiya kimi böyük güclər əyləşib".
Ekspert sonda qeyd edib ki, rəsmi Tiflis Gürcüstan "Altılıq platforması”ndan boyun qaçırır:
“Bu Gürcüstanın dövlətin Rusiya ilə mənfi münasibətlərindən irəli gəlir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol
Tramp: Netanyahunun nəsə deməsinə ehtiyac yoxdur, bunu bilirik
17:00 28.07.2026
Gündəm
"İdxal olunan panko zəhərləyə bilər" - Ekspertdən XƏBƏRDARLIQ
16:57 28.07.2026
Sağlamlıq
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
16:41 28.07.2026
Hadisə
Miqrasiya Xidməti yeni qaydanın icrasına başladı
16:33 28.07.2026
Aktual
İtaliya NATO-ya hər il 450 milyon avro ödəyir
16:23 28.07.2026
Dünya
Ermənistanın birinci xanımını bu çıxışından sonra hədələdilər
15:52 28.07.2026
Region
HƏMAS nümayəndə heyəti Misirdə səfərdədir
15:38 28.07.2026
Dünya
Sumqayıt yenidən qara tüstüyə bürünüb - Ekoloqdan SOS
15:28 28.07.2026
Aktual
Minə yaxın uşaq müəssisələrdən ailələrinə qaytarılıb
15:18 28.07.2026
Cəmiyyət
Suriyadan qayıdanlarla işləmək çox ağırdır - Ekspert
14:42 28.07.2026
Cəmiyyət
Quterreş Kiprlə bağlı xəbərdarlıq etdi
14:17 28.07.2026
Dünya
Aİ Ermənistan bazarını açmağa hazır deyil
14:03 28.07.2026
Gündəm