Hacıyev: BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasının keçirilməsinə ehtiyac yoxdur
13:57 20.09.2023
Siyasət
392
Bəzi dövlətlərin bizə qarşı çevik bəyanatları bizi narahat edir.
APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.
O qeyd edib ki, bütün bunlara rəğmən, beynəlxalq ictimaiyyət və tərəfdaşlarımız bu məsələlərlə bağlı daimi məlumatlandırılır: “Azərbaycan Respublikasının legitim narahatlığı onların diqqətinə çatdırılırdı. Əfsus ki, birtərəfli bəyanatların sülh gündəliyinə xidmət etdiyini düşünmürük”.
Prezidentin köməkçisi, BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasının keçirilməsinə ehtiyac olmadığını diqqətə çatdırıb. Hikmət Hacıyev, BMT-nin hər hansısa bir aləti tətbiq etməyinə ehtiyac olmadığını düşündüyünü bildirib.
O qeyd edib ki, bu cür mühüm məsələlər yerlərdə lokal səviyyədə həll tələb edir: “Belə bir iclas çağırılarsa, heç də xeyirli və səmərəli olmayacaq. Biz istəməzdik ki, bu kövrək vəziyyət daha da pisləşsin. Yəni bu iclasın keçirilməsinə ehtiyac yoxdur. Olarsa, Azərbaycan öz legitim narahatlığını ifadə etməyə hazırdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media