Hikmet Eren: “Separatçıların zərərsizləşdirilməsi ilə bağlı Azərbaycanın atdığı addımları heç kim qınaya bilməz”
08:38 22.09.2023
Siyasət
721
"Düşmən bir daha Azərbaycanın gücünü gördü. Onlar başa düşdülər ki, Azərbaycanla oyun oynamaq olmaz. Bütün bunların nəticəsi göz qabağındadır. Onlar yalvara-yalvara təslim olmaqla bərabər, bütün dünyada rəzil oldular".
Bu sözləri "Sherg.az" açıqlamasında türkiyəli ictimai xadim, "EkoAvrasya" Fondu" İdarə Heyətinin başqanı, “EkoAvrasiya” jurnalının baş redaktoru Hikmet Eren deyib.
O qeyd edib ki, “Prezident İlham Əliyev dəfələrlə çıxışlarında qarşı tərəfi silahı yerə qoymağa çağırırdı. Onlar isə tamam başqa xülyalarla yaşayırdılar. Buna əhəmiyyət vermək istəmirdilər. Başa düşmürdülər ki, Azərbaycan bir günün içində Xankəndiyə daxil ola bilər. Onların əməliyyatların bir günü tamam olmamış təslim olmaları göstərdi ki, düşmən hansı rəzil durumdadır”.
H. Erenin sözlərinə görə, separatçıların zərərsizləşdirilməsi ilə bağlı Azərbaycanın atdığı addımları heç kim qınaya bilməz: “Azərbaycan öz ərazisində separatçılara qarşı tədbirlər gördü. Bu, beynəlxalq hüquqda rəsmi Bakının haqlı olduğunu göstərir. Qardaş Azərbaycan Vətən müharibəsindən sonra ikinci böyük qələbəsinə imza atdı. Türkiyənin mənəvi-psixoloji və beynəlxalq dəstəyi Azərbaycanın apardığı haqlı tədbirlərə böyük stimul oldu. Bu dəfə də, Müzəffər Ali Baş Komandan İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdırdı. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə isə şəfalar diləyirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə