Əməliyyat zamanı icra başçısı Mahir Quliyevlə yanaşı, birinci müavin, rayonun bələdiyyə sədri, mərkəzi xəstəxananın baş həkimi, MİS sədri və başqa bir neçə nəfər saxlanılıb. Xatırladaq ki, bu, qanunsuz əməllər icra edən icra başçılarına qarşı ilk əməliyyat deyil. Bundan öncə də bir neçə rayonun icra başçıları rüşvətxorluğa və digər qanunsuz hərəkətlərə görə, vəzifə başında həbs olunublar.
“İcra hakimiyyəti modelindən imtina edilə bilər”- İlginc açıqlama
Turan
10:30 29.04.2020
Siyasət
1591
“Prezidentin səsləndirdiyi mesajlardan da başa düşmək mümkündür ki, daha mütərəqqi forma tapılacaq”
Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələri Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib. Əməliyyat karantin rejimi ilə əlaqədar əhaliyə yönəlmiş dövlət dəstəyinin, yardımların mənimsənilməsi ilə bağlı gerçəkləşib. Buna dair çoxsaylı əsaslı şikayətlər olub.
Əməliyyat zamanı icra başçısı Mahir Quliyevlə yanaşı, birinci müavin, rayonun bələdiyyə sədri, mərkəzi xəstəxananın baş həkimi, MİS sədri və başqa bir neçə nəfər saxlanılıb. Xatırladaq ki, bu, qanunsuz əməllər icra edən icra başçılarına qarşı ilk əməliyyat deyil. Bundan öncə də bir neçə rayonun icra başçıları rüşvətxorluğa və digər qanunsuz hərəkətlərə görə, vəzifə başında həbs olunublar.
Vəziyyəti “Sherg.az” şərh edən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, siyasi ekspert Əziz Əlibəyli deyib ki, ümumiyyətlə, icra hakimiyyəti sisteminin eybəcərlikləri gün keçdikcə daha çox üzə çıxmağa başlayır.
Ekspertin sözlərinə görə, bu, təkcə keçmişdən qalan pis ənənə deyil:
“Rayonlara təyin edilən rəhbərlərin əhatəsində əksəriyyəti mafiya təfəkkürlü şəxslərdən ibarət dairə formalaşır. Ola bilər ki, yeni təyin olunmuş icra hakimiyyətinin başçısı işləməyə başlayır, amma mühit qısa müddətdə onu da ağuşuna alır. Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi "Prezidentin son rübdəki reytinqi" də göstərdi ki, hakimiyyətinin qolları arasında icra strukturları çox pis nəticəyə sahibdirlər. Respondentlərin 57.4 faizi parlamentə, 46.2 faizi yerli icra hakimiyyətinə, 49 faizi məhkəməyə etibar edir. Bu üç hakimiyyət qolu içərisində ən aşağı etibarlılıq icra hakimiyyətinədir. Bu, onu deməyə əsas verir ki, ölkə əhalisi hakimiyyətin digər strukturları ilə müqayisədə Prezidentə daha çox etibar edir”.
Ə.Əlibəylinin sözlərinə görə, korona pandemiyasindan sonra mümkündür ki, icra hakimiyyəti modelindən imtina edilsin:
“Ölkə rayon idarəetmə sistemindən seçkili formaya, ya da 8-10 regional departament formasına görə idarə edilsin. Əks halda, ölkə rəhbərinin başlatdığı böyük islahatlarla ayaqlaşa bilməyən bu cür modelin uğurlu olmasından bəhs etmək mümkün deyil. Ona görə də Prezidentin səsləndirdiyi mesajlardan da başa düşmək mümkündür ki, cari yanaşmanın tətbiqi yaxın gələcəkdə ləğv ediləcək və daha mütərəqqi forma tapılacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Peruda təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
01:51 02.08.2026
Dünya
Seutada vəziyyət sabitləşir, nəqliyyatın hərəkəti bərpa olunub
00:53 02.08.2026
Gündəm
2 avqust Azərbaycan Kinosu Günüdür
00:35 02.08.2026
Mədəniyyət
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya