İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
16:25 04.06.2024
Siyasət
581
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabiri qəbul edib.
"Sherg.az" xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini qeyd edərək, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın bu ilin əvvəlində Azərbaycana rəsmi səfərinin əhəmiyyətinə toxundu.
Prezident İlham Əliyev bu gün Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulmasını dostluq və qardaşlıq münasibətlərimizin nümayişi kimi dəyərləndirdi. Dövlətimizin başçısı təməlqoyma mərasiminin iyunun 4-də keçirilməsinin rəmzi xarakter daşıdığını deyərək, məhz 1996-cı ilin bu günündə “Şahdəniz” yatağına dair sazişin imzalandığı qeyd etdi. Azərbaycan Prezidenti günəş və külək stansiyalarının təməlinin qoyulmasının təkcə enerji sahəsində deyil, ümumilikdə, ölkəmizin inkişafında yeni bir mərhələ olacağına əminliyini bildirdi.
Dövlətimizin başçısı əməkdaşlığımızın genişlənməsində şəxsən Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın və Birləşmiş Ərəb Əmirlikləri Hökumətinin verdiyi töhfəni yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev bərpaolunan enerji sahəsində Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanla əməkdaşlıq etməsinin önəmini vurğuladı, qazıntı yanacağı layihələri və COP29 ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Azərbaycan Prezidenti bütün bunların ölkələrimiz arasında güclü tərəfdaşlıq işinə xidmət etdiyini və dostluq əlaqələrimizin göstəricisi olduğunu dedi.
Sultan Əhməd Əl-Cabir Bakıya səfərindən, 29-cu Beynəlxalq Xəzər Neft və Qaz və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərində iştirak və burada çıxış etməsindən, həmçinin təməlqoyma mərasimində iştirakından böyük məmnunluq hissi keçirdiyini vurğuladı. Qonaq qeyd etdi ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti həmişə bildirir ki, o, ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrini daha da möhkləmləndirmək əzmindədir. Sultan Əhməd Əl-Cabir ölkəsinin daim Azərbaycan ilə bir yerdə olacağını dedi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya