“Le Figaro”: Ermənistan və Azərbaycan sübut edə bilər ki, sülhün bərqərar olmasında beynəlxalq vasitəçilik köhnəlib
“Le Figaro”: Ermənistan və Azərbaycan sübut edə bilər ki, sülhün bərqərar olmasında beynəlxalq vasitəçilik köhnəlib
13:57 08.05.2024
Siyasət
466
Fransanın “Le Figaro” nəşri Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində davam edən danışıqlar barədə yazı dərc edib.
APA xəbər verir ki, məqalədə beynəlxalq münasibətlər üzrə professor Sebastian Boussois normallaşma prosesinin mümkün nəticələrini təhlil edib.
Bildirilib ki, on illərlə davam edən müharibədən sonra bölgədə sülhün bərqərar olması üçün ikitərəfli yanaşmanın qayıdışı dünyanın alovlandığı bir vaxtda ümid verir.
Müəllif yazır ki, Ermənistan və Azərbaycan ilin sonuna qədər sübut edə bilər ki, sülhün bərqərar olmasında nəinki BMT, həm də beynəlxalq vasitəçilik köhnəlib.
Məqalədə ABŞ, Rusiya və Avropa İttifaqının vasitəçilik cəhdlərinin boşa çıxdığı qeyd olunub.
Yazıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mayın 10-da Qazaxıstanın Almatı şəhərində görüşəcəklərinə diqqət çəkilib, tərəflərin iki ölkə arasında 30 ildən çox davam edən münaqişənin həllinə dair yekun və qəti razılaşmaya gətirib çıxara biləcək bütün elementləri müzakirə edəcəkləri vurğulanıb: “Mayın 10-da Qazaxıstanın Almatı şəhərində yeni ikitərəfli görüş baş tutacaq. Ev sahibi ölkə danışıqlarda heç bir rol oynamayacaq, lakin onun güclü simvolik dəyəri var. Belə ki, SSRİ-nin dağılması zamanı onun sonunu təsdiqləyən Almatı Bəyannaməsi imzalanıb. Orada tarixi yenidən yazmaq olar”.
Professorun sözlərinə görə, ötən ay Azərbaycanın 4 kəndini qaytarması Ermənistanın normallaşma istiqamətində irəliləmək istədiyinin sübutudur: “Reallıqda Ermənistanın artıq seçimi yoxdur: ölkə mümkün qədər tez regional dinamikaya reinteqrasiya edilməlidir”.
Məqalədə qeyd olunub ki, Zəngəzur dəhlizi ilə bağlı məsələnin həlli nəticəsində Azərbaycanın Naxçıvan Muxtar Respublikasına birbaşa əlaqəsini bərpa etməklə yanaşı, Ermənistan üçün də öz qonşuları ilə ticarət əlaqələri qurmaq baxımından faydalı olmalıdır.
“Hər iki tərəf ümid edir ki, sülh sazişi noyabrın sonunda Bakıda keçiriləcək COP29-dan əvvəl imzalanacaq”, - yazıda bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə
Rusiya bir gecədə 531 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
09:57 28.10.2026
Dünya
Paşinyanın bəyanatı hakim partiyada narahatlıq yaradıb
09:46 28.10.2026
Gündəm
Qızıl və gümüş ucuzlaşmağa davam edir
09:41 28.10.2026
İqtisadiyyat
Akif Beybutov vəfat etdi - Foto
09:33 28.10.2026
Hadisə