
Lukaşenko fərqindədir! - "Rusiyanın zəifləyəcəyi zaman o təklənəcək"
Yusif Nəzərli
10:16 23.03.2022
Siyasət
926
"Ona görə də Belarus özünə belə ciddi problemlər yaratmaq istəməz"
Ukrayna Müdafiə Nazirliyindən Belarusun Ukrayna sərhədlərinə hərbi texnika topladığı bildirilib: " Rusiya və Belarus hərbi texnikası Belarus ərazisi boyunca fəal hərəkət edir və Ukrayna sərhədlərinə toplanılır". NATO da hesab edir ki, Vladimir Putinin dəstəyə ehtiyacı olduğu üçün Belarusun münaqişəyə qoşulma ehtimalı artır. Bu barədə Alyansın adı açıqlanmayan nümayəndələri CNN-ə şərhində bildiriblər.

Mövcud durumu hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a şərh edib:
"Hazırda Belarus Ukrayna nöqteyi-nəzərindən müharibəyə qoşulmuş sayıla bilər. Onun öz ərazilərini Rusiya üçün açıq saxlaması da bunu göstərir. Belarusun öz texnika və canlı qüvvəsi ilə birgə Ukraynaya qarşı müharibəyə qoşulmasına gəlincə isə indi bu real görünmür. Müharibənin başladığı ilk gündən belə şaiyələr var. Amma bunun baş verdiyinin şahidi olmuruq" .
Ekspert diqqətə çatdırıb ki, Lukaşenko Putindən asılı olsa da, öz iqtidarını rəsmi Moskvadan aldığı dəstək hesabına qorumuş olsa da, istənilən halda o bir Belarus dövlətinin lideridir:
"Fərqindədir ki, Belarus Rusiya deyil. Onun ölkəsinin strateji olaraq Avropa ilə riskli bölgədə olması Lukaşenkonu bu addımdan çəkindirər. Çünki Rusiyanın zəifləyəcəyi zaman o Avropanın ortasında təklənmiş vəziyyətdə qalar. Ona görə də Belarus özünə belə ciddi problemlər yaratmaq istəməz" .
H.Səhrablı NATO-nun məsələyə münasibətinə diqqət çəkib:
"Belarus Ukraynaya hücum etsə, NATO yenə də öz üzvlərinin ərazilərinə hərbi müdaxilə edilmədikcə isti müharibəyə qoşulmayacaq. Belarusun Ukraynaya qarşı hücumu belə bunu dəyişməyəcək.
Hazırda NATO ölkələrinin İngiltərə , Amerika və s. ayrılıqda Ukraynaya silah yardımı etdiyini görürük. Ola bilsin ki , Belarus Ukraynaya hücuma keçərs, onlar bu yardımı daha da artırsınlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm
Azərbaycanda miqrasiya prosedurları elektronlaşdırıldı
14:05 27.07.2026
Gündəm
Azərbaycan İstanbula yeni baş konsul təyin edib
13:40 27.07.2026
Gündəm
Kraudfandinq fəaliyyətinin hüquqi çərçivəsi müəyyən edilib
13:26 27.07.2026
Rəsmi
Azərbaycan mühacirlərinin "Aras"ı
13:22 27.07.2026
Tarix
Faktiki hava açıqlanıb
13:20 27.07.2026
Ekologiya
DYP sürücülərə xəbərdarlıq edib
13:14 27.07.2026
Cəmiyyət
Nəriman Həsənzadənin oğlu: Atamın vəziyyəti ağır olaraq qalır
13:07 27.07.2026
Ədəbiyyat