
Meydanda tək qalan Ukrayna: Savaşın taleyi necə olacaq?
12:01 11.12.2023
Siyasət
486
"Ukraynadakı hərbi əməliyyatların mövcud durumunu nəzərə alsaq görərik ki, savaşın dayandırılması gözlənilmir. Eyni zamanda Ukrayna rəhbərliyinin tərəfdaşlarının səsləndirdiyi fikirlərə qarşı tərəfdən reaksiyanın verilməməsi də buna səbəbdir. İndiki vəziyyətdə real mənzərə göz qabağındadır. Ukrayna dövlətinə faktiki olaraq ciddi dəstək yoxdur. Yardım paketlərinin davam etdirilməsi və artırılması ilə bağlı da konkret hansısa qərar qəbul edilməyib".
Bu fikirləri "Sherg.az"a Rusiya Ukrayna müharibəsinin mövcud vəziyyəti barədə danışarkən "Xalq cəbhəsi" qəzetinin baş redaktoru, siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O bildirib ki, Avropa İttifaqının ayrı-ayrı ölkələri tərəfindən müharibəyə müdaxilə edilməməsi kimi açıqlamalar verilir:
"Eyni zamanda Ukraynaya silah verilməsinin dayandırılması barədə də müzakirələr gedir. Bu isə öncədən gözlənildiyi kimi rəsmi Kiyevi meydanda tək qoymaq siyasətidir. Prinsip etibarilə bundan fərqli gözlənti ortada yox idi. Hazırda prosesdən ən çox qazanan Qərb ölkələridir. Çünki onlar faktiki olaraq Ukraynanın timsalında Rusiya ilə öz aralarında bufer zonası yaratmaq istəyirdilər.
Həmçinin, Qərbin Ukrayna və Rusiya xalqlarını qarşı-qarşıya qoymaq, iki qardaş düşmənə çevirmək niyyəti var idi. Qərb tərəfi bunun ikisinə də müəyyən qədər nail olub".

Ekspert onu da vurğulayıb ki, Rusiya isə Ukraynanın hesabına öz ərazilərini genişləndirib:
"Şimal qonşumuzun həmin bölgədə müdaxilə xətləri o qədər güclüdür ki, bundan sonrakı proseslərlə çox ciddi hava hücumları təmin olunmasa, ərazidə Ukrayna ordusunun hansısa uğura imza atması mümkün deyil. Həmin ərazilər artıq Rusiyaya inteqrasiya olunub. Yəni bir milyon yarım insana Rusiya pasportu verilib. Real olaraq həmin ərazilər Rusiyaya birləşdirilib. Bundan sonra sözügedən ərazilərin geri qaytarılması yaxın prespektivdə real görünmür. Krımla bağlı məsələ Rusiya üçün nə qədər əhəmiyyətli olsa da, Şimal qonşumuz bu mövzuda da güzəştə getməyəcək. Bu anspektdə atəşkəs elan edilsə belə, uzun müddətli sülhə çevrilməsi inandırıcı deyil. Ukrayna dövlətində ciddi siyasi dəyişikliklər baş verməyənə qədər savaş sadəcə olaraq müəyyən atəşkəs sazişləri ilə qısa müddətli dayandırıla bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə