
Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək? - AÇIQLAMA
02:25 05.06.2024
Siyasət
452
Parlament seçkilərinin demokratik keçiriləcəyini gözləyirik Tural Abbaslı: “125 dairənin 30 faizi müxalifəti təmsil edən partiyalardan, şəxslərdən ibarət olsa, yaxşı olar” “YAP bəzi dairələrdə namizədlərini verməyərək bu prosesə dəstək olmuş olar. Mövcud reallıqları da nəzərə almaq lazımdır. Elə suallar var ki, onları ancaq hakim partiya cavablandıra bilər"
"Böyük ehtimal ki, Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. COP29 kimi bir tədbirlə eyni anda ölkədə parlament seçkisi keçirmək mümkün deyil. Texniki baxımdan hökumət bunu çatdıra bilməz. Çünki hər iki proses böyük kampaniya və təşkilatçılıq işi tələb edir". Bu sözləri "Sherg.az"a açıqlamasında AĞ Partiyanın sədr müavini Tural Abbaslı deyib. Partiya rəhbəri vurğulayıb ki, parlamentə seçkilərin noyabr ayınadək keçiriləcəyi gözlənilir:

"Seçkinin 2025-ci ilə qalacağına inanmıram. Çünki Konstitusiyanın bəlli maddəsi var və seçkinin yubadılması qanunvericiliyə ziddir. Parlament özünü buraxmalı və növbədənkənar seçki elan etməlidir. AĞ Partiya olaraq sadəcə parlament deyil, bütün seçkilərə hazırlıqlı olmağa, iştirak etməyə çalışmışıq. Partiyalar üçün ən önəmli seçki parlament seçkisidir. Milli Məclisə seçkilərdə daha çox namizədlər iştirak edir və müxtəlif dairələr üzrə mübarizə aparılır. Düzdür, bələdiyyə seçkilərində də çoxsaylı namizədlər olur. Amma bələdiyyə institutları təsir mexanimzlərinə görə minimal səviyyədədir, ona görə bələdiyyə seçkisinə namizəd vermək üçün adam tapmaq olmur. Parlament seçkisində çalışacağıq ki, daha çox dairələrdən namizədlərimiz olsun və hər namizədimiz öz dairəsində təbliğat apara, rəqibi ilə rəqabətdə uğurlu ola bilsin. Bu istiqamətdə işlərə başlamışıq. Hazırkı məqamda namizədlərin müəyyənləşməsi, imzaların toplanması üçün lazım olan heyətin dəqiqləşməsi prosesi aparılır, təbliğat-təşviqat işləri ilə bağlı müzakirələr gedir. Sosial mediada təbliğatın təşkili, forması məsələsi müzakirə olunur. Bilirsiz ki, seçki günü müşahidə missiyasını təmin etmək, namizədlərin səslərinin qorunmasına çalışmaq lazımdır. Bütün bu istiqamətlər üzrə işlər görülür. İndiki şərtlər daxilində, mövcud situasiyada nə qədər mümkündürsə, əlimizdən gələni edəcəyik".
T.Abbaslı bəyan edib ki, İdarə Heyətinin verəcəyi bəzi qərarlar barədə indidən konket nəsə demək doğru olmaz: "Bir çox məsələlərə İdarə Heyətində kollegial formada qərar veriləcək. Namizədlərin kimliyi, hansı dairələrin seçiləcəyi və s. məsələlər bir müddət sonra aydınlaşacaq. Biz iddialı partiyayıq. Gözləntimiz odur ki, seçkilər maksimum demokratik keçirilsin. Çalışmaq lazımdır ki, parlamentdə müxalifətin təmsilçiliyi də təmin edilsin. Ən azından indikindən daha çox olmalıdır. 125 dairənin 30 faizi müxalifəti təmsil edən partiyalardan, şəxslərdən ibarət olsa, yaxşı olar. Bunun da yolu seçkilərin demokratik keçirilməsidir. Yeni Azərbaycan Partiyası bəzi dairələrdə namizədlərini verməyərək bu prosesə dəstək olmuş olar. Mövcud reallıqları da nəzərə almaq lazımdır. Elə suallar var ki, onları ancaq hakim partiya cavablandıra bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm