Moldova-Azərbaycan münasibətlərində maraqlı detal:“Rusiyanın planlarına qarşı..."
Yusif Nəzərli
11:53 10.02.2022
Siyasət
693
Fevralın 10-da Prezident İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popeskunu qəbul edib. Görüş zamanı dövlət başçısı ötən ilin dekabrında Moldova Prezidenti Maya Sandu ilə Brüsseldə keçirdiyi görüşü məmnunluqla xatırlayıb. O iki ölkə arasında əməkdaşlığın hərtərəfli inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb. N.Popesku isə ölkələrimiz arasında diplomatik münasibətlərin artıq 30 ilə yaxın davam etdiyi və bu müddət ərzində Azərbaycan və Moldovanın daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini diqqətə çatdırıb.
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli hazırkı Moldova-Azərbaycan münasibətlərindən “Sherg.az”a danışıb.O bildirib ki, bu münasibətlərdə qəribə detallar var:
“Moldova bizim müstəqilliyimizi ilk tanıyan ölkələrdən biridir. O Azərbaycanı beynəlxalq təşkilatlarda dəstəkləyib, ərazi bütövlüyünü tanıyıb. İki ölkə arasında təxminən 5-10 milyon dollar civarında ümumticarət dövriyyəsi var. İndi o çalışır ki, dünyanın üzərində mübarizə apardığı enerji təhlükəsizliyini ölkəmiz hesabına təmin etsin. Bu baxımdan Azərbaycana xüsusi bir marağı yaranıb”.
Ə.Əlibəylinin fikrincə, Moldovanın indiki məqamda iki ölkə arasında münasibətləri daha da dərinləşdirməyə çalışması bir yandan da hərbi və siyasi təhlükəsizliklə bağlıdır:
“Çünki Moldova region olaraq Ruminiya və Ukrayna arasında yerləşir. Qara dənizə yaxın ölkədir. Bu bölgə hazırda NATO ilə Rusiya arasında Ukrayna üzərində toqquşmanın baş verdiyi bir nöqtədir. Azərbaycanın bu hərbi qarşıdurmaları idarə etmək kimi bir təcrübəsi var. Biz Rusiya, İran ,Türkiyə arasında, o cümlədən, bir çox ölkələrin güc mərkəzləri ilə toqquşduğu bir bölgə kimi kifayət qədər nüfuz qazanmışıq”.
Ekspertin qənaətincə, Ukraynada hərbi əməliyyatlar baş verərsə, ayaq altında qalan ölkələrdən biri də Moldova olacaq:
“Rusiyanın bu ölkə ilə bağlı planları mövcuddur. Bu baxımdan da rəsmi Kişinyov hesab edir ki, Rusiya ilə münasibətdə Azərbaycanın, eləcə də Türkiyənin maraqlarından,imkanlarından real şəkildə faydalana bilər. Çünki NATO üzvü olan Ruminiya və Bolqarıstan kimi qonşu ölkələrin Rusiya tərəfindən cəzalandırılaması fonunda Moldovanın da aqibəti yaxşı görünmür.O indi bütün bunları nəzərə alaraq Azərbaycanla münasibətə xüsusi önəm verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
02:02 01.10.2026
Cəmiyyət
Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi
01:43 01.10.2026
Maraqlı
ABŞ general və admiralların 20 faizini ixtisar edəcək
01:21 01.10.2026
Dünya
İspaniyanın ən yüksək maaş alan idmançısı müəyyənləşdi
00:42 01.10.2026
İdman
İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb
00:20 01.10.2026
Gündəm
Ronaldo millinin düşərgəsini tərk edib
23:35 30.09.2026
Futbol
Zığ şosesində yük maşını aşdı - Yol bağlandı
23:13 30.09.2026
Hadisə
Qarabağdakı bağçalarda işləmək istəyənlərə xoş xəbər
22:50 30.09.2026
Elm və Təhsil
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial