Münhen görüşünün PƏRDƏARXASI: “Sülh üçün tarixi şansdır, əks halda hərbi yol...”
Münhen görüşünün PƏRDƏARXASI: “Sülh üçün tarixi şansdır, əks halda hərbi yol...”
Yusif Nəzərli
15:26 21.02.2023
Siyasət
626
“Ermənistan tərəfi pozitif cavab verməzsə, döyüş əməliyyatları, Silahlı Qüvvələrin hərəkətə keçməsi gözləniləndir”
“Tərəflər arasında sülhün yaranması üçün tarixi şansıdır, əks halda hərbi yol da gündəmdədir"
"Danışıqlar prosesi 38 ildir gedir. 44 günlük müharibədən sonra isə məzmun dəyişikliyi baş verib. Münhen danışıqları, panellər, debat yeni reallıqlara uyğun keçirilib".
Bunu "Sherg.az"a açıqlamasında sabiq baş nazir,Xalq Partiyasının sədri Pənah Hüseyn deyib.
P.Hüseyn bildirib ki, əvvəlki dövrdə danışıqlar sülhlə yox, müharibə ilə nəticələndi, indi də savaş istisna deyil:
"Azərbaycan-Ermənistan münasibətləri danışıqların gedişindən, dünyada və regiondakı proseslərin yaratdığı vəziyyətə görə də dəyişir.
Mühüm olan Münhendə ABŞ dövlət katibi A.Blinkenlə qapalı danışıqlarda müəyyən razılaşmaların olub-olmamasıdır. Ermənistanın mövqeyində irəliləyişlər olduğuna işarə edildi. Lakin bu, Azərbaycanı qane etmir.
Danışıqların taleyi erməni tərəfinin konkret cavabından aslıdır. Azərbaycan belə güzəştdən sonra birtərəfli qaydada Laçın rayonu ərazisində Ermənistan sərhədinə buraxılış nəzarət məntəqələri yerləşdirməlidir.
Erməni tərəfi Azərbaycanın güzəştinə adekvat, pozitif cavab verməzsə, döyüş əməliyyatları, Silahlı Qüvvələrin hərəkətə keçməsi gözləniləndir. Tərəflər arasında sülhün yaranması üçün tarixi şansıdır, əks halda hərbi yol da gündəmdədir".
Qeyd edək ki, fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib. Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid iştirak edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm