Parlamentin iclasında İran hədəfə qoyuldu
Yusif Nəzərli
07:44 01.02.2023
Siyasət
435
Milli Məclisin 2023-cü il yaz sessiyasının ilk plenar iclasında deputat Kamran Bayramov İranı tənqid edib.
Oxu.Az-ın məlumatına görə, Kamran Bayramov Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumdan sonra ikitərəfli münasibətlərə xələl gəldiyini qeyd edib.
“Düşünün ki, terrorçu səfirliyə daxil olur, amma İran polisi onu zərərsizləşdirmək istəmir. Necə ola bilər ki, bir ölkədə cinayətkarı yerli polis deyil, xarici vətəndaş zərərsizləşdirir?!”, - deyə deputat əlavə edib.
Kamran Bayramov bildirib ki, İranın hadisə ilə bağlı aparacağı istintaqa etibar etmək olmaz.
“İran televiziyaları terrorçunu danışdırır, onun fikirlərinə yer verir. Bununla da hadisəyə məişət zəminində cinayət donu geyindirir. Belə olan təqdirdə, İranın apardığı istintaqa etibar etmək olmaz”, - deyə o bildirib.
Deputat Nizami Səfərov hadisəyə görə İranın beynəlxalq konvensiyalar əsasında məsuliyyət daşıdığını bildirib. Onun həmkarı Elnur Allahverdiyev İrandakı terroru xain hücum adlandırıb. O deyib ki, terror aktı məqsədli şəkildə stimullaşdırılıb və həyata keçirilib.
Xatırladaq ki, yanvarın 27-də Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən baş leytenant Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb. Yanvarın 29-da şəhid Orxan Əsgərovun cənazəsi, yaralılar və səfirlik əməkdaşları, onların ailə üzvləri Azərbaycan dövləti tərəfindən ayrılmış təyyarə ilə İrandan Azərbaycan təxliyə olunublar. Yanvarın 30-da Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual