
Paşinyan Rusiya ilə məsafə saxlamaqda qərarlıdır
02:36 07.05.2024
Siyasət
516
Baş nazir Putinin andiçmə mərasiminə parlament sədrini göndərə bilər
Ermənistanın Baş naziri Nikol Paşinyan Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. Qeyd edək ki, Putinin andiçmə mərasimi 7 mayda keçiriləcək. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov isə bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyəcək. Lakin Uşakov bildirib ki, Nikol Paşinyan Moskvaya mayın 8-də səfər edəcək və Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirəcək. Paşinyan eyni zamanda həmin tarixdə keçiriləcək Avrasiya İqtisadi İttifaqının sammitinə sədrlik edəcək.
Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistan Baş naziri Rusiya dövlət başçısı V.Putinin andiçməsində iştirak etməsə də, parlament sədri və ya XİN rəhbəri mərasimə qatıla bilər. Ekspertin sözlərinə görə, Ermənistan və Rusiya rəsmən hələ də müttəfiqdirlər:

"Rusiya və Ermənistan KTMT, Avrasiya İqtisadi Birliyi və digər qurumlarda birgə təmsil olunurlar. O baxımdan İrəvan-Moskva gərginliyi hələ üst səviyyədə deyil. Əlbəttə, Paşinyanın andiçmə mərasiminə qatılmaması Kremldə müəyyən narazılıq yarada bilər. Görünür, Paşinyan Rusiya ilə məsafə saxlamaqda qərarlıdır. Amma Moskva siyasi gediş olaraq bu məsələləri üzə vurmayacaq. Rusiya istənilən halda, yəni İrəvana sərt üzünü göstərsə də, birbaşa təzyiq metodlarından istifadə etməsə də, pərdə arxasında öz planlarını icra etməyə çalışacaq. Paşinyan Putinin təhriki və digər risklərlə üzləşməmək üçün müəyyən gedişlər edir, siyasi manevr edir. Hər halda Qərbdən nə məsləhət görürlərsə, yəqin ki, Paşinyan onu həyata keçirir. Bu isə Rusiya tərəfindən xoş qarşılanmır və Moskva öz iradlarını mütəmadi dilə gətirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə