“Paşinyan və “Qarabağ klanı” arasında savaş...” – ŞƏRH
Turan
11:35 13.09.2019
Siyasət
751
“Paşinyan “Qarabağ klanı”ndan ehtiyat edir”.
Bunu “Sherg.az”a açıqlamasında politoloq Azər Rəşidoğlu deyib.
Siyasi şərhçinin sözlərinə görə, “Qarabağ klanı” hakimiyyəti illərində Ermənistanda korrupsiyanı çiçəkləndirib:
“Paşinyan anlayır ki, “Qarabağ klanı” hələ 1997-ci ilin martında Ermənistanın bütün güc strukturlarını öz nəzarətinə keçirib. 1998-ci ilin martında isə onlar bütün Ermənistanda hakimiyyətə gəliblər. “Qarabağ klanı”nın hakimiyyəti dövründə - 1999-cu ilin oktyabrında parlamentdə 8 təcrübəli siyasətçinin ölümü ilə nəticələnən insident baş verib.
Hadisələrin inkişafı Paşinyanın əleyhinə də, lehinə də istiqamətləndirilə bilər. Baş nazirin Qarabağ səfərində separatçı rejimin rəhbərləri ilə görüşdə nədə razılaşıb-razılaşmadığı sonrakı mərhələdə çox hadisələrə təsir edə bilər. Xankəndinin özündə də mövcud separatçı hakimiyyətə müxalif olan qüvvələr bundan istifadə etməklə, həmçinin, Paşinyandan dəstək almaqla rejim dəyişikliyinə getməyə çalışa bilərlər”.
Analitikin sözlərinə görə, separatçı rejimin başında Sarkisyana yaxın bir adamın qalması Paşinyanın idarəetməsində ona mane olacaq əsas əngəllərdən biridir:
“Əslində özünə yaxın bir simanın separatçı rejimin başında olması Paşinyan üçün çox vacibdir. Bu baxımdan, Paşinyan və “Qarabağ klanı” arasında savaşın qanlı olacağını ehtimal edə bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat