Paşinyan Xankəndini su yoluna döndərib: Qarabağ separatçılarından narahatdır
Turan
09:02 25.02.2020
Siyasət
820
"Ermənistanın baş naziri Nikol Paşinyan yenə Dağlıq Qarabağa gəlib". Bunu "Sherg.az"a açıqlaması zamanı "Atlas"Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, əslən Dağlıq Qarabağdan olan Ermənistanın eks-prezidentləri Robert Koçaryan və Serj Sarkisyan heç Paşinyan qədər işğal altındakı torpaqlara gəlmirdilər:
"Bəs niyə Paşinyan az qala hər ay Xankəndinə gəlir? O nədən narahatdır? Paşinyanın “biz münaqişənin həllinə ortaq baxışı müzakirə edirik” sözləri bəhanədir. Eyni mövzunu nə qədər müzakirə etmək olar? Əlbəttə, Paşinyan Münhendə Prezident İlham Əliyevlə danışıqların detallarını da separatçılarla bölüşüb. Ancaq bu, Paşinyanın Xankəndini su yoluna döndərməsinin əsas səbəbi deyil".
Analitikin sözlərinə görə, Koçaryan və Sarkisyan Dağlıq Qarabağdakı separatçılara görə arxayın idilər:
"Çünki Xankəndində oturanlar yaratdıqları klanın təmsilçiləridir. Paşinyan isə Dağlıq Qarabağ separatçıları üçün doğma deyil. Ona görə də Paşinyan tez-tez Xankəndinə gəlib separatçıları nəzarət altında saxlamağa çalışır ki, İrəvandakı rejimə qarşı səhv addım atmasınlar. Martın 31-də separatçılar “prezident seçkisi” keçirəcəklər. Paşinyan seçki öncəsi Xankəndinə gəlməklə separatçılara həm də o mesajını verir ki, “prezident” seçiləcək şəxs Ermənistan hakimiyyətinin əleyhinə çıxmasın".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə