
Paşinyanın növbəti YALANI - RƏY
11:59 22.09.2023
Siyasət
665
“Qarabağ sakinlərinin Ermənistana köçürülməsi onların öz evlərində yaşaması mümkün olmadığım təqdirdə baş verə bilər. Ermənilərin Qarabağdan köçürülməsi İrəvanın əsas planı deyil”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Vəziyyət düzəlməsə, o zaman problem gündəmimizdə olacaq. Amma hələ sentyabrın 19-da aksiyalar başlayan gün Baş nazirin müavini Tiqran Xaçatryana tapşırmışdım ki, Qarabağdan insan axını baş verərsə, həmvətənlərə necə kömək etmək məsələsini hökumət tərəfdaşları ilə müzakirə etsin”, - o bildirib.
Paşinyan bir daha xatırladıb ki, yaşayış üçün 40 mindən çox yer hazırlanıb (B planı), qida və dərman məsələləri həll olunub:
“Biz hazırıq və hazırlaşmağa davam edirik. Bu, Qarabağdan olan həmkarlarla razılaşdırılmış mövqedir”.
Nikolun açıqlamasını “Sherg.az” a şərh edən politoloq Natiq Miri deyib ki, onun fikirləri ictimai rəyə hesablanıb:

“Paşinyan çox yaxşı bilir ki, Qarabağdakı ermənilərin kütləvi köçürülməsi prosesi gerçəkləşməyəcək. Azərbaycanın proseslərdə necə davranacağı Paşinyana bəllidir. Paşinyanın açıqlamaları onun növbəti yalanından başqa bir şey deyil. O, 40 min üçün İrəvanda yaşayış yerinin hazırlandığını deyib. Amma Qarabağda cəmi 25-30 min erməni yaşayır. Əvvəllər də, guya 120 min erməninin yaşadığını deyirdi. Bu da, həmin yalanın davamıdır”.
Politoloq Qarabağdan bir qisim ermənilərin çıxırılacağını bildirib: “Böyük ehtimal Azərbaycan bayrağı altında yaşamaq istəməyən erməni sakinlər ərazini tərk edəcəklər. Bu insanların sayı 40 min deyil, 300-500 nəfərdir. Paşinyan açıqlamaları ilə guya Ermənistan hakimiyyətinin hər şeyə hazırlıqlı olduğunu göstərməyə çalışır. Ancaq Azərbaycanın Qarabağda yaşayan erməni sakinlərinə göndərdiyi humanitar yardımlar göz qabağındadır. Azərbaycan öz ərazisindən erməniləri qovmaq istəsəydi, bu cür humanitar yardımlar göndərməzdi. Rəsmi Bakı öz üzərinə düşəni edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə