
Politoloq: Köçəryan və Sarkisyan variantı Ermənistanda böyük fiaskoyla üzləşdi
11:41 08.05.2024
Siyasət
562
Məlum olduğu kimi, artıq müəyyən müddətdir ki, işğalçı və məğlub Ermənistanda ciddi daxili qarşıdurma və xaos vəziyyəti davam edir.
Ermənistanın Azərbaycanla sərhəd Kirants kəndinin sakinləri Yerevana yürüşə başlayıblar. Etirazçılar hökuməti Azərbaycanla sərhədlərin müəyyənləşməsində birtərəfli güzəştə getməkdə ittiham edirlər. Yürüşə Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyan başçılıq edir.
Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Natiq Miri vurğulayıb ki, 2020-ci ildən sonra Robert Köçəryan və Serj Sarkisyan variantı Ermənistanda böyük fiaskoyla üzləşdi:

“Çünki onillər ərzində Qarabağ klanının başında duran kriminal ünsürlərin Ermənistan cəmiyyəti üçün mənfi təsir etdikləri hamıya bəllidir. Bununla da erməni xalqının barışacağı mümkün görünmür. Yəni həmin illər ərzində ermənilərin Nikol Paşinyan hakimiyyətinə qarşı ciddi etirazlar etməməsinin məhz səbəbi də budur. Ona görə üsulu dəyişərək prosesi kilsə üzərindən tətikləməyə çalışırlar. Ancaq kilsənin müəyyən ərazilərdəki dırnaqarası xadimlərinin bu prosesi sonuna qədər apara bilmə ehtimalı da böyük deyil. Çünki bu axmaq adamlar müəyyən papulist fikirlər və Allah adına edilən iftiralarla məşğuldurlar. Tavuşun kəndlərindən başlayan etiraz dalğasının bu günə qədər gözlənilən kütləviliyi təmin edə bilməyib. Bu isə nəticə etibarilə hakimiyyəti ciddi mənada sirkəliyəcək potensiala malik deyil. Çünki hər kəs həmin prosesin arxasında Rusiyanın dayandığını və Qarabağ klanının başçılarının olduğunu anlayırlar. Nikol Paşinyan hökümətini qoruyan Qərbin və Ermənistanın xüsusi xidmət orqanlarının xeyli əməkdaşları var. Bununla da Nikol Paşinyan hökümətini devirmək qeyri-mümkündür. Paşinyanın prosesə ehtiyatlı yanaşmasının səbəbi etirazçıların potensialını yoxlamaqdır. Amma kriminal dəstə qırmızı xətti keçsə, kütləvi şəkildə həbslər başlaya bilər. Rusiyanın və onların dəstəklədiyi qüvvələrin başlatdığı etirazları son şans kimi dəyərləndirirəm. Rusiya Nikol hakimiyyətini devirməklə qeyri-qanuni yollarla hakimiyyətə özünün kukla rejimini gətirmək istəyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə
Rusiya bir gecədə 531 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
09:57 28.10.2026
Dünya
Paşinyanın bəyanatı hakim partiyada narahatlıq yaradıb
09:46 28.10.2026
Gündəm
Qızıl və gümüş ucuzlaşmağa davam edir
09:41 28.10.2026
İqtisadiyyat
Akif Beybutov vəfat etdi - Foto
09:33 28.10.2026
Hadisə