
“Qadın deputatlardan heç bir gözləntimiz yoxdur” -Sosioloqdan SƏRT TƏNQİD
“Qadın deputatlardan heç bir gözləntimiz yoxdur” -Sosioloqdan SƏRT TƏNQİD
09:14 04.09.2024
Siyasət
345
Lalə Mehralı: “Səsi çıxmayan qadın deputatlarımız var ki, varlıqları ilə yoxluqları bilinmir"
"Elə deputat olacaqlarsa, 26 yox, 86 qadın deputat olsa da xalqa, vətəndaşa heç bir yararları dəyməyəcək"
Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələri açıqlanıb. Bu, seçki məntəqələrinin 91 faizini təşkil edib. Daha öncə cəmiyyətdə tez-tez Milli Məclisdə qadın deputatların sayının az olması müzakirə edilirdi. Deyirdilər ki, parlamentdə gender bərabərliyi qorunmur. Hazırkı seçkidən sonra qadınların sayında artım olduğunu görürük.
Milli Məclisə mandat əldə edən 125 deputatdan 26-sı qadındır. Qalib gəlmiş qadınlardan 1 nəfər Naxçıvan Muxtar Respublikasından, 9 nəfər Bakıdan, 16 nəfər isə digər şəhər və rayonlardan seçilib. Qeyd edək ki, ötən seçkilərdə parlamentə seçilən qadın millət vəkillərinin sayı 22 nəfər idi.
Sosioloq-jurnalist Lalə Mehralı “Sherg.az”a açıqlamasında deyib ki, hazırda qadınlar ölkəmizin ictimai həyatında fəal iştirak edirlər:

“Sevindirici haldır ki, son illər dövlət idarəetmə strukturlarında, seçkili orqanlarda, yerli özünüidarəetmə qurumlarında da qadınların təmsilçiliyi artmaqdadır. Bu məqamlar Azərbaycan qadınlarının cəmiyyətdə fəallığının artırılması və ümumiyyətlə, onların vəziyyətinin yaxşılaşdırılması məsələlərinə göstərilən yüksək qayğının əyani təzahürüdür. 1 sentyabr tarixində keçirilən parlament seçkilərində qadın deputatların sayının artması da bunu deməyə əsas verir. Qadın olaraq mən özüm də qadınlarımızın cəmiyyətdə daha fəal olmasını istəyirəm. Amma burada keyfiyyət məsələsinə də diqqət yetirmək lazımdır. Görək, növbəti 5 ildə parlamentdə mandat qazan xanım deputatlarımız özünü necə aparacaq, seçicilərinə verdikləri vədlərə əməl edəcəklərmi? Parlamentdə oturan, lakin səsi çıxmayan qadın deputatlarımız var ki, varlıqları ilə yoxluqları bilinmir. Elə deputat olacaqlarsa, 26 yox, 86 qadın deputat olsa da xalqa, vətəndaşa heç bir yararları dəyməyəcək. Ümumiyyətlə, nə kişi, nə də qadın deputatlardan cəmiyyət olaraq heç bir gözləntimiz yoxdur. Bu xalq millət vəkillərindən əlini çoxdan üzüb”.
L.Mehralının sözlərinə görə, qadın və kişi olmasından asılı olmayaraq millət vəkili cəmiyyətin bütün sferalarında olan problemlərə can yandıran, seçicilərinin dərdini öz dərdiymiş kimi qəbul edib, onun həllinə can atan insanlar deputat olmalıdır:
“Qadın deputatların çox olması isə ona görə yaxşı haldır ki, bəzən qadınlarımız yaşadıqları problemləri, çətinlikləri kişilərlə bölüşə bilmirlər. Sözsüz ki, burada mental dəyərlərimiz, milli kimliyimizdən irəli gələn xüsusiyyətlər də rol oynayır. Boşuna demirlər ki, “Qadın qadının yurdu olmalıdır”. Lakin söhbət xalqı parlamentdə təmsil edən şəxsdən gedirsə, əsas məsələ insan haqlarının müdafiəsi prinsipi üzərində qurulmalıdır. Lakin biz Milli Məclis üzvlərinin bu istiqamətdəki performansından adətən narazı qalırıq. Namizəd olan zaman seçicilər qarşısında verdikləri sözləri mandat qazandıqdan sonra unudurlar. Ya ümumiyyətlə danışmırlar, ya da havadan, sudan danışırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Planetin ən çox istehlak olunan əti…
18:18 27.08.2026
Maraqlı
“Kərkinin Azərbaycana qaytarılması mümkündür” - Ədalət Verdiyev
17:49 27.08.2026
Aktual
Qazaxıstan Qəzzada qoşun yerləşdirəcək
17:47 27.08.2026
Aktual
600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı
17:40 27.08.2026
Elm və Təhsil
Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır
17:25 27.08.2026
Dünya
“Bosniya qəssabı” Ratko Mladiç ölüb
17:18 27.08.2026
Gündəm
“Qarabağ”- “Tvente” oyunundan əvvəl fan zona təşkil olunacaq
17:06 27.08.2026
Cəmiyyət
Qaluzin: ABŞ-nin Ukrayna ilə bağlı mövqeyi dəyişib
16:40 27.08.2026
Dünya
Paşinyan: Ermənilər SSRİ-ni unudurlar
16:30 27.08.2026
Gündəm
"Balıqçılıq haqqında" qanun qüvvəyə minib
16:07 27.08.2026
Futbol
Rusiya edam cəzası verilən Bəşər Əsədi Suriyaya qaytrarır?
16:01 27.08.2026
Dünya
Bəs dənizin ortasında yosun varsa?
15:53 27.08.2026
Cəmiyyət
Avropa İttifaqı və Qrenlandiya təhlükəsizlik sazişi imzalayacaq
15:45 27.08.2026
Gündəm
Hava Limanında sərnişində narkotik vasitə aşkarlanıb
15:35 27.08.2026
Hadisə
Köçəryan xəstəxanadan həbsxanaya köçürüldü
14:50 27.08.2026
Cənubi Qafqaz