Qusman: “Azərbaycanın səfirliyinə hücumu nə izah etmək, nə də əsaslandırmaq olar”
Qusman: “Azərbaycanın səfirliyinə hücumu nə izah etmək, nə də əsaslandırmaq olar”
Yusif Nəzərli
15:44 01.02.2023
Siyasət
463
“Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən cinayəti nə izah etmək, nə də əsaslandırmaq mümkündür. Kimsə bunun tək terrorçunun cinayəti olduğunu desə də, mənə elə gəlir ki, bu, hərtərəfli araşdırma tələb edir”.
Bunu “Report”un Rusiya bürosuna açıqlamasında TASS agentliyinin baş direktorunun birinci müavini bildirib.
O, bu cinayətin İran hakimiyyəti tərəfindən hərtərəfli araşdırılmasının vacibliyini vurğulayıb.
“Bu hadisəni törətməsinə səbəb nə idi? İcraçının arxasında kimsə dayanıbmı? Onun cinayət ortağı olubmu? Ona silahı kim verib? Tehranda “Kalaşnikov” avtomatının mağazalarda satıldığını düşünmürəm. Bütün bunlar böyük suallar doğurur. İran mətbuatında uzun müddətdir davam edən anti-Azərbaycan isteriyasını təsəvvür etsək, o zaman bütün bunların çox üzücü olduğunu söyləyə bilərik”, - M.Qusman vurğulayıb.
Onun fikrincə, terrorun milli mənsubiyyəti yoxdur və ona sərt cavab və cəza verilməlidir: “Azərbaycan Prezidenti İlham Əliyevin haqlı olaraq dediyi kimi, müasir dünyada terrora yer yoxdur. Belə olan halda Azərbaycan vəziyyəti düzgün ölçüb-biçir və hesab edirəm ki, İrandan müvafiq izahat və qərarlar tələb edəcək. Əlavə etmək istəyirəm ki, daha böyük fəlakətin qarşısını həyatı hesabına almış əsl qəhrəman – səfirliyin mühafizə rəisi Orxan Əsgərov həlak olub. Orxan Əsgərovun ailəsinə başsağlığı verirəm”.
Xatırladaq ki, yanvarın 27-də səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.
Terrorçu diplomatik nümayəndəliyin mühafizə postuna soxulub və təhlükəsizlik xidmətinin rəhbərini “Kalaşnikov” avtomatı ilə qətlə yetirib. Səfirliyin daha iki mühafizəçisi isə yaralanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual