“Rusiyanın damarı Qərbin əlinin altındadır” – Bumeranq effekt!
Yusif Nəzərli
14:20 23.02.2023
Siyasət
524
“ABŞ və müttəfiqləri Rusiyaya mövcud təzyiqi artırıb- azaltmaqla həm də ehtimal edilən nüvə eskalasiyası təhlükəsini tənzimləyə bilərlər”
"Rusiya bu günlərdə Strateji Hücum Silahlarının azaldılması Müqaviləsi”ndə (START-3) iştirakının dayandırılması barədə qərar qəbul etdi. Beləliklə, Moskvanın gələcəkdə nüvə silahından istifadə etmək ehtimalı artır.
Kremlin nüvə silahından istifadə edilməsinə dair iddiaları ilk növbədə çəkindiricilik və manipulyasiya xarakteri daşıyır. Rusiya məsələni gündəmə gətirməklə Qərbi geri çəkilməyə sövq etmək istəyir".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi, jurnalist Kənan Novruzov deyib.
O bildirib ki, əslində nüvə silahından istifadə Moskvaya sərf etmir. Çünki bu, ikibaşlı addımdır:
" Rusiya nüvə silahını tətbiq edərsə, bumeranq effekti verəcək. Sözügedən dövlətin özünə qarşı da oxşar addım atılacaq. Bunu Kreml rəhbəri də anlayır. Ona görə də, nüvə silahı məsələsinə mümkün qədər ehtiyatla yanaşır.
Qərbdə də Rusiyanın sözügedən məzmunlu bəyanatlarının daha çox çəkindiricilik xarakterli olduğunu başa düşürlər. Rusiyanın imkanları getdikcə tükənir, nüvə silahından istifadə ehtimalı yüksəlir.
Qərb Rusiyanın nüvə silahından istifadə etməsində maraqlı deyil. Bəşəriyyət hələ buna hazırlıqsızdır. Əgər nüvə silahı tətbiq olunarsa, hər kəs əziyyət çəkəcək.
Hazırda “Rusiyanın damarı Qərbin əlinin altındadır”. ABŞ və müttəfiqləri Rusiyaya mövcud təzyiqi artırıb- azaltmaqla həm də ehtimal edilən nüvə eskalasiyası təhlükəsini tənzimləyə bilərlər.
Moskvanın nüvə ritorikası, yəqin ki, gələcəkdə də davam edəcək. Rusiya dünya ictimaiyyətinə ciddi olduğunu göstərmək üçün gələcəkdə məhdud məsafəli, kiçik nüvə silahlarından istifadə etməsi mümkündür. Bütün hallarda nüvə müharibəsi ehtimalı hər ötən gün daha da artır".
Qeyd edək ki,Vaşinqton Moskvanın məğlub olmasını istəyirsə, dünya qlobal münaqişə astanasındadır.
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Onun sözlərinə görə, Rusiya özünü istənilən vasitə ilə, o cümlədən nüvə silahı ilə müdafiə edəcək:
“Əgər ABŞ Rusiyanı məğlub etmək istəyirsə, ondan bizim özümüzü bütün silahlarla, o cümlədən nüvə silahı ilə müdafiə etmək hüququmuz var”.
Rusiya rəsmiləri, o cümlədən Prezident Vladimir Putin və Medvedev əvvəllər də söyləmişdilər ki, bu dövlət özünü müdafiə üçün nüvə silahından istifadə edə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou