Sərt açıqlama:“Moskva ermənilərin onları satacağını bilmirdimi?!
Yusif Nəzərli
17:00 21.02.2023
Siyasət
522
“İndi nəyə görə Rusiya Xarici İşləri Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova gileylənir?!”
“Vaxtilə Ermənistan Azərbaycan torpağının 20 faizini işğal edəndə heç açıq şəkildə bəyanatlar eşitmirdik”
“Əksinə, Rusiya Federasiyası Dövlət Dumasından Ermənistana birbaşa dəstək görürdük. Ona görə də "Nə tökərsən aşına, o da çıxar qaşığına"
"Ermənistan ilk dəfə deyil, öz müttəfiqlərini satır. Tarixən, bunun çox şahidi olmuşuq".
Bunu "Sherg.az"a millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. Onun sözlərinə görə, Osmanlı dönəmində ermənilərin davranışı, Azərbaycanın onlara yaratdığı imkanlardan sui-istifadə əyani sübutdur:
"Bu gün də, növbəti xəyanəti Rusiyaya edirlər. Bəs rəsmi Moskva çətin vəziyyətə düşən kimi onu birinci ermənilərin satacağını bilmirdimi?! İndi nəyə görə Rusiya Xarici İşləri Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova gileylənir?! Vaxtilə Ermənistan Azərbaycan torpağının 20 faizini işğal edəndə heç açıq şəkildə bəyanatlar eşitmirdik. Əksinə, Rusiya Federasiyası Dövlət Dumasından Ermənistana birbaşa dəstək görürdük. Ona görə də "Nə tökərsən aşına, o da çıxar qaşığına".
Rusiyanın regiondan çıxardılması və ya çıxardılmamasına çalışmaq Ermənistan-Rusiya münasibətlərinə aiddir. Yəni təhlil etməyimizə ehtiyac olmayan bir məsələdir. Vacib bir məqam isə ondan ibarətdir ki, Ermənistan regiona qanunsuz müdaxilə etmək niyyətində olan qüvvələri gətirmək istəyir. Hər hansı bir problem iki və üçtərəfli münasibətlərin normal şəkildə cərəyan edilməsinə bağlıdır. Amma birtərəfli addım atırlar. Bu isə gərginliyi artıracaq. Azərbaycan missiya ilə bağlı öz mövqeyini bildirməsinə baxmayaraq, Ermənistanın onu gətirməsi sülhə xidmət edəcəkmi?! Əsla yox. Əksinə, daha gərgin vəziyyət yaradacaq.
Çünki Ermənistan sülhə maraqlı deyil. Lakin rəsmi İrəvan anlamalıdır ki, o öz işini daha böyük əngəllərə salır. Azərbaycanın mövqeyi isə konkret, açıq və dürüstdür. Bu nöqteyi-nəzərdən zaman Azərbaycanın lehinə, Ermənistanın əleyhinə işləyir. Məhz elə ona görə sonuncu Münhen konfransında Azərbaycanın qaldırdığı hər bir müddəaya diqqətlə qulaq asılıb. Faktiki olaraq, beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunub. Ermənistanın davranışı isə təəccüblü deyil. Rusiya bir az güclənsə, rəsmi İrəvan Qərbi satacaq, rəsmi Moskvanın "qucağına qaçacaq". Ermənistanın xarici siyasəti müttəfiqlərinin nə dərəcədə güclü və zəif olmasına birbaşa dəlalət edir. Ermənistan pis günün yox, yaxşı günün “dost”udur. Bütün bunları nəzərə alaraq, siyasətimizi Azərbaycanın milli maraqları çərçivəsində təşkil etməliyik".
Qeyd edək ki, Rusiya XİN Aİ-nin Ermənistandakı missiyasını qiymətləndirib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O deyib:
"Təəssüf ki, biz Avropa İttifaqının və bütövlükdə Qərbin müttəfiqimiz Ermənistanda hər hansı vasitə ilə möhkəmlənmək cəhdi ilk deyil. Biz bu cəhdlərdə maraqlardan uzaq, müstəsna geosiyasi fon görürük. Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və təhlükəsizliyin əsas təminatçısı kimi tarixi rolunu zəiflətmək üçün hər şey edilir. Bakının bu təşəbbüslə bağlı açıqlanan neqativ qiymətləndirmələrinə məhəl qoyulmur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm