Soçi və Aşqabad görüşü yeni reallıqlar yaradır
Yusif Nəzərli
01:20 01.12.2021
Siyasət
556
Əlisahib Hüseynov: "Rəsmi Bakının yürütdüyü qarşılıqlı faydalı əməkdaşlıq siyasəti həm İranı, həm də Orta Asiya respublikalarını müştərək layihələrə sövq edir"
Azərbaycanın diplomatik uğurları davam edir. Soçi görüşünün ardınca, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Türkmənistanın paytaxtı Aşqabadda keçirilən 15-ci Zirvə görüşündə əldə etdiyimiz müsbət nəticələr uğurlarımızın davamlı olduğunu təsdiqləyir. Zirvə toplantısı Azərbaycanın öz geo-iqtisadi maraqlarını təmin etmək baxımından, Zəngəzur dəhlizi ilə bağlı həqiqətləri beynəlxalq birliyin diqqətinə çatdırmaq nöqteyi-nəzərindən çox əlverişli və səmərəli platforma oldu. Bu platformada təmsil olunan dövlətlərin Azərbaycanla dostluq, müttəfiqlik nümayiş etdirməsi, 44 günlük müharibə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsinə görə Azərbaycanı təbrik etmələri olduqca təqdirəlayiq hadisədir. Zirvə görüşü çərçivəsində Prezident İlham Əliyevin bir sıra dövlət başçıları ilə səmərəli işgüzar görüşlərini, o cümlədən Türkmənistan qazının İran üzərindən Azərbaycana daşınmasına dair üçtərəfli sazişin imzalanmasını ayrıca qeyd etmək lazımdır.
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “Şərq”ə deyib ki, dövlət başçısı İlham Əliyev Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı həqiqətləri dost ölkələrin diqqətinə çatdırmaqla yanaşı, İranla yaşanan gərginliyi pozitiv münasibətlərə çevirdi. Partiya sədrinin sözlərinə görə, ölkə rəhbəri Aşqabad sammitinin imkanlarından maksimum səmərəli istifadə etdi: “Bu mənada İƏT-in son toplantısı Azərbaycan üçün daha uğurlu nəticələrlə yadda qaldı. Başqa sözlə desək, Azərbaycan Aşqabad görüşünün hərəkətverici və təkanverici qüvvəsi rolunda çıxış etdi. Azərbaycanın mehriban qonşuluq münasibətlərini önə çəkməsi bir çox regional və beynəlxalq miqyaslı layihələr üçün əlverişli zəmin yaradır. Məhz rəsmi Bakının yürütdüyü qarşılıqlı faydalı əməkdaşlıq siyasəti həm İranı, həm də Orta Asiya respublikalarını müştərək layihələrə sövq edir. Eyni zamanda onların Avropanın qaz təminatında, enerji təhlükəsizliyində daha yaxından rol almalarına şərait yaradır. Hazırda Azərbaycan beynəlxalq layihələrə yol açan ölkə kimi diqqət mərkəzindədir. Ölkəmiz hazırda region ölkələri arasında dostluq və əməkdaşlığın açarı, körpüsü rolunu oynayır. Soçi və Aşqabad görüşləri Azərbaycanın bölgə üçün yeni reallıqların müəllifi kimi imkanlarını bir daha üzə çıxardı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezident BMT ilə imzalanmış əlavə Sazişi təsdiqlədi
16:17 04.05.2026
Gündəm
“Piyada şəhərin ən üst pilləsində olmalıdır” - Ekspert
15:54 04.05.2026
Aktual
4,5 milyon manatlıq müəssisə ləğv edildi
15:44 04.05.2026
Gündəm
“Liverpul”dan antirekord
14:51 04.05.2026
Futbol
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi