Təbrizdəki Azərbaycanşünaslıq Mərkəzi bağlanıb
Yusif Nəzərli
03:28 02.03.2023
Siyasət
607
Hadisə İran rejiminin Azərbaycana qarşı həyata keçirdiyi çoxvektorlu təzyiq siyasətinin davamıdır
İran hakimiyyəti Güney Azərbaycanın Təbriz şəhərindəki universitetdə fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzini bağlayıb. Məlumata görə, Tehran rejimi Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətini dayandırmaqla yanaşı, onun üzvlərinə qarşı təzyiq və təqibləri də artırıb. Vurğulanıb ki, mərkəzin Təbrizdən olan iki üzvü Hadi Heydəri Azad və İbrahim Əhmədpur fevralın 27-də həbs olunub.
Qeyd edək ki, Tehran rejimi əvvəllər də bu mərkəzin üzvlərinə qarşı təzyiqlər göstərib, təqib edib. Bir neçə il əvvəl Təbriz Universitetinin Əkinçilik və kənd təsərrüfatı fakültəsinin tələbəsi Əfsanə Toqir həbs edilmiş, işgəncəyə məruz qalmışdı. Xatırladaq ki, Azərbaycanda İran səfirliyinin Mədəniyyət Mərkəzi, habelə İranşünaslıq adı altında bir sıra mərkəzlər fəaliyyət göstərir.
Politoloq Azər Niftiyev “Şərq”ə açıqlamasında bildirib ki, Təbrizdə fəaliyyət göstərən Azərbaycan Mərkəzinin bağlanması İran rejiminin Azərbaycana qarşı həyata keçirdiyi çoxvektorlu təzyiq siyasətinin davamıdır. Analitik qeyd edib ki, İran rejimi bununla kifayətlənməyərək, azərbaycanlı fəallara qarşı repressiya siyasəti də həyata keçirir:
"Bunun müxtəlif səbəbləri var. 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən öldürülməsindən sonra İranda kütləvi etirazlar başladı. Molla rejimi etirazçılara qarşı repressiya maşınını işə salsa da, yekunda geri çəkildi. Əxlaq polisi adlı mürtəce qurumu ləğv etdilər. İran Prezidentinin adından ölkəboyu islahatlar həyata keçiriləcəyi ilə bağlı bəyanat səsləndi. Təbii ki, molla rejimi islahatlara getmək niyyətində deyil. Sadəcə başa düşdülər ki, bu etirazlar molla rejiminin süqutu və İranın suverenliyini itirməsi ilə nəticələnə bilər. Son dövrlər isə bu etirazlar nisbətən yumşalıb. Rəsmi Tehran çalışır ki, aksiyalar yenidən alovlanmasın. Nəzərə alanda ki, etirazlarda güneyli soydaşlarımız da fəal iştirak edirdi, onlara qarşı həyata keçriilən repressiyalar, habelə Azərbaycan Mərkəzinin bağlanması əhalinin gözünü qorxutmaq niyyətindən qaynaqlanır”.
Ekspert vurğulayıb ki, İranda yaşayan soydaşlarımıza qarşı daim laqeyd münasibət hökm sürüb:
“Azərbaycanlılar ana dilində təhsil almaq hüququndan məhrum olunub. Mütəmadi olaraq İran hakimiyyəti tərəfindən repressiyalara məruz qalıblar. Bunun da bir səbəbi soydaşlarımızın azadlıq tələb etməsi, öz hüquqlarını sona qədər müdafiə etməsidir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra regionda yaranan yeni reallıq da İran rejimini təşvişə salır.
Azərbaycana qarşı açıq təxribatlar həyata keçirirlər. İranın sosial müdafiə naziri ermənistanlı həmkarı ilə görüş keçirir və ermənilərə daim dəstək verəcəklərini bəyan edir. Əlavə edir ki, Ermənistanla münasibətlər İran üçün vacib və prioritet istiqamətlərdən biridir. İranla Ermənistanın birlikdə məktəblər açacağının, mərkəz yaradacağının anonsunu verir.
Ardınca isə Azərbaycan Mərkəzini bağlayırlar. İran Azərbaycanın güneydəki soydaşlarına dəstək verməsindən dolayı narahatdır. Və məhz bu səbəblərə görə də, güneydəki soydaşlarımıza qarşı repressiv hücumlar artırılıb”.
A.Niftiyev əlavə edib ki, molla rejimi öz məqsədinə çata bilməyəcək: “Gələn il ABŞ-də və İsraildə seçkilər keçiriləcək. Hesab edirəm ki, bu seçkilərdən sonra İrana qarşı Qərbin qəti mövqeyi ortada olacaq.
Molla rejimi bunun fərqindədir və hər vəchlə daxili narazılıqları boğmağa çalışır. Lakin buna nail olmayacaq. Çünki İran elə bir yola qədəm qoyub ki, artıq onun xilası mümkün deyil. Molla rejimi sona doğru sürətlə irəliləyir və çöküş mərhələsindədir. Bunun isə qarşısını heç bir yolla ala bilməyəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol