
Türkiyə: “Altılı masa” toplandı- “Zaman müxalifətin əleyhinə işləyəcək”
Türkiyə: “Altılı masa” toplandı- “Zaman müxalifətin əleyhinə işləyəcək”
Yusif Nəzərli
09:54 03.03.2023
Siyasət
534
“Ankarada “altılı masanın” – “Millət ittifaqının” liderlərinin Səadət Partiyasının binasındakı toplantı “Millət ittifaqının” prezidentliyə vahid namizədi böyük ehtimalla prezidentliyə Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu olacaq. O parlamentdə ana müxalifət partiyasının lideri kimi iddialıdır. Namizədliyini bu dəfə də irəli sürməsə, partiyadaşları arasında və cəmiyyətdə nüfuzunu itirəcək”.
Bunu “Sherg.az”a açıqlamasında “Atlas Araşdırmalar Mərkəzi”nin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun qənaətincə, Türkiyədə prezidentliyə namizəd kimi adları çəkilən digər iki fiqur – İstanbul bələdiyyə başçısı Əkrəm İmamoğlu və Ankara bələdiyyə başçısı Mənsur Yavaş Kamal Kılıçdaroğlu qədər iddialı deyillər:

“Bu iki bələdiyyə başçısı “altılı masanın” istənilən qərarını dəstəkləyəcəklər. “Altılı masada” yer alan liderlərin əksəriyyəti Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləməyə hazırdır. Sadəcə İyi Partiyasının lideri Meral Akşener qərar verməkdə çətinlik çəkir. Meral Akşener qalib gələ biləcək siyasətçinin prezidentliyə namizəd olmasını istəyir.
Görünür, Akşener hesab edir ki, Əkrəm İmamoğlu və ya Mənsur Yavaş namizəd olarsa, müxalifətin hazırki Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan üzərində qələbə çalmaq ehitmalı yüksələcək. Ancaq Meral Akşener sonda Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləmək məcburiyyətində qalacaq.
Müxalifətin vaxtı daralır, namizəd məsələsini yubatması əleyhinə işləyəcək. Əgər seçki mayın 14-də keçiriləcəksə, seçki kampaniyası üçün 70 günə yaxın zaman qalacaq. Bu Türkiyənin tamamında seçki kampaniyası aparmaq üçün kifayət etməyə də bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol