“...Türkiyə-Azərbaycan tandemi Qarabağ məsələsində hərəkətə keçir” – Şərh
Turan
11:07 04.03.2020
Siyasət
664
“Bundan sonra Azərbaycan və Türkiyə birgə çalışa bilərlər”
Məhəmməd Əsədullazadə:“Bura birgə hərbi təlimlər və diplomatik danışıqlar da daxildir, çünki regionda siyasi proseslər ciddi dəyişir”
“Türkiyə Qarabağ məsələsində hərəkətə keçir”.
Bunu “Sherg.az”a açıqlamasında Cənubi Qafqaz Sülh və Münaqişə İnstitunun rəhbəri Məhəmməd Əsədullazadə deyib.
Politoloq bildirib ki, Türkiyə prezidentinin Moskvaya səfəri öncəsi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ankaraya dəvət edilməsi və XİN rəhbəri Çavuşoğlu ilə görüşməsində əsas məqsəd Moskva ilə bu istqamətdə yenidən danışıqlar aparmaqdır:
“"Türkiyə təkcə Yaxın Şərqdə deyil, Cənubi Qafqazda da mövqeyini gücləndirmək kursunu götürür. İlk növbədə burada Qarabağ münaqişəsinin həllində daha çevik siyasət ortaya qoymaqla regionda ərazi bütövlüyünün təmin edilməsində maraqlıdır. Ərdoğanın Putinlə görüşündə Qarabağ münaqişəsini masaya gətirməsini istisna etmirəm. Çünki, həmsədrlərə Ankaranın mövqeyi və bundan sonra da Türkiyənin burada aktiv rol oynayacağı konkret diqqətlərinə çatdırılıb. Artıq Türkiyə Rusiyanın Suriyada ona qarşı siyasətində səmimi olmadığını gördü. Ona görə də Qarabağ məsələsində pauzaya son qoyur. Prezident Ərdoğanın Bakıya səfərində məhz Qarabağ məsələsi ciddi müzakirə edilərək Ankaranında hərkətə keçməsi razılaşdırlıb”.
Ekspertin sözlərinə görə, bundan sonra Azərbaycan və Türkiyə birgə çalışa bilərlər:
“Bura birgə hərbi təlimlər və diplomatik danışıqlar da daxildir. Regionda siyasi proseslər ciddi dəyişir, İdlib böhranı, ardınca Ərdoğanın Bakıya səfəri və Minsk qrupunun həmsədrlərinin Ankaraya səfəri, ardınca Ərdoğanın Moskvaya Putinlə görüşə yola düşməsi Qarabağ məsələsində də müsbət dinamikaya gətirib çıxaracaq. Ermənistan görməlidir ki, Türkiyə-Azərbaycan tandemi Qarabağ məsələsində əməldə hərəkətə keçir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə