Türkiyə güclənir:“Qardaş ölkə regional aktora çevrilir”- Fransa narahatdır
Fidan Həmişəyeva
14:31 27.04.2021
Siyasət
690
“Fransa parlamentində səslənən sərsəm fikirlərin bir çox səbəbi var: Bunlardan biri Baydenin qondarma “erməni soyqırımı” ifadəsini işlətməsi, erməni lobbisinin Avropada, ABŞ-da və Fransada çox güclü olmasından qaynaqlanır”. Bu fikirləri “Sherg.az”a açıqlamasında politoloq Rusif Məmmədsoy söyləyib. Analitik bildirib ki, Fransa-Türkiyə münasibətləri hər zaman gərgin olub.
“Fransa qardaş ölkənin Cənubi Qafqazda varlığından narahatdır. ATƏT-in Minsk Qrupunun 3 həmsədr ölkəsindən biri də məhz Fransadır. Lakin Qarabağ münaqişəsinin həllində məhz həmsədr olmayan Türkiyə iştirak etdi. Fransa tərəfi də bunu qəbullana bilmir. Makronun Ərdoğana olan qısqanclığının əsas səbəbi budur.
Fransa Türkiyənin Afina əməliyyatına qarşı radikal addımlar atıb. Məşhur “Le monde” qəzetində belə bir məqalə yazıldı:“Kipr məsələsində Türkiyəyə icazə verdik, bu dəfə isə ona imkan vermək olmaz. Bununla Türkiyə güclənir”. Bir sözlə, Türkiyənin regionda hər hansı bir addımı Fransanı özündən çıxarır”.
R.Məmmədsoy yaxın illər ərzində Fransa-Türkiyə münasibətlərində yumuşalma olacağını düşünmür:
“Qardaş ölkə regional gücə çevrilmək uğrunda mübarizə aparır. ABŞ da Türkiyəyə Fransa kimi münasibət göstərir. Türkiyəni NATO-nun əssas müttəfiqi kimi görmək istəmirlər. Ərdoğan dünənki çıxışında olduqca praqmatik davrandı. Bu da ondan qaynaqlanır ki, o, Türkiyə iqtisadiyyatının xüsusilə indiki pandemiya dövründə həssas olduğunu başa düşür.
Ona görə də düşünür ki, ABŞ-la münasibətlərə xələl gətirmək olmaz. Ərdoğan məcbur idi ki, Baydenlə “yumuşaq dildə” danışsın. O, Baydenlə sadəcə müttəfiqdir, tərəfdaş yox. Ərdoğan Fransaya da öz yerini göstərir, yəni, biz hələ də NATO-nun əsas müttəfiqiyik. Bu mənada Fransa parlamentindəki sərsəm bəyənatların arxasında onların ermənilərə göstərmək istədikləri qayğı, Ermənistandan umacaqları müəyyən qızıllar dayanır.
Məlumdur ki, Qarabağdakı sərvətlərimizi istismar edən ölkələrdən biri də məhz Fransa idi. Qızıl mədənlərimizdən oğurlanan qızılların əksər hissəsi Fransaya daşınırdı. Bu ölkənin səsləndirdiyi bəyanatlara fikir verməməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp İran rəhbərlərinin öldürülməsini səhv addım hesab edib
16:37 13.10.2026
Gündəm
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm