Türkiyə və Yunanıstan arasında buzlar əriyir
Yusif Nəzərli
07:43 15.02.2023
Siyasət
459
İki qonşu xalq arasında tarixi münasibətlərin qorunması təbii haldır
“Nəzərə alaq ki, Türkiyədə yunan topluluğu, Yunanıstanda isə türklər yaşayır. Tərəflər arasında diplomatik əlaqələrin kəsilməsi mümkün deyil”
Yunanıstan və Türkiyə arasında illər boyu davam edən rəqabət və gərginlik mövcuddur. Xüsusən, son dönəmlər ərazi və enerji mübahisələri, qarşılıqlı hədələr ikili münasibətləri daha da kəskinləşdirmişdi. Lakin seysmik qırılma xətləri üzərində yerləşən iki qonşu ölkə və xalq arasında təbii fəlakətlər zamanı bir-birinə kömək etmək ənənəsi mövcuddur. Türkiyədə yaşanmış dağıdıcı zəlzələdən sonra yardım əlini uzadan ilk 10 ölkə arasında Yunanıstan da var idi. Yunanıstanın xarici işlər naziri iki ölkə arasında davam edən rəqabətə baxmayaraq, dəstək nümayiş etdirmək məqsədilə Türkiyəyə səfər edib.
Xarici işlər naziri Nikos Dendias zəlzələdən zərər çəkmiş bölgələrə uçmazdan əvvəl türkiyəli həmkarı Mövlud Çavuşoğlu tərəfindən səmimi qarşılanıb. Çavuşoğlu deyib ki, Yunanıstan zəlzələdən sonra Türkiyəyə zəng edib yardım təklif edən ilk ölkələrdən biri olub və bu, yunan xalqının Türkiyə və türk əhalisi ilə həmrəyliyinə dəlalət edir. Çavuşoğlu 1999-cu ildə Türkiyə və Yunanıstanda zəlzələlər baş verən zaman qarşılıqlı yardımı və o zaman “münasibətlərimizi inkişaf etdirmək üçün başqa bir zəlzələ gözləmək lazım deyil” dediyini xatırladıb: "Mən bunu o vaxt adi bir vətəndaş kimi demişəm, amma bu gün Türkiyənin xarici işlər naziri kimi eyni cür düşünürəm. Ümid edirəm ki, dialoqla fikir ayrılıqlarımızın səmimi şəkildə həlli üçün səy göstərəcəyik. Zəlzələdə Yunanıstanla olan həmrəyliyimiz yeni bir səhifə açmağımıza səbəb olacaq". Dendias da həmçinin “əlaqələrimizi yaxşılaşdırmaq üçün təbii fəlakətləri gözləmək lazım deyil” deyərək, Yunanıstanın Türkiyəyə yardım səylərinin davam edəcəyini bildirib.
"Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri Samir Hümbətov "Şərq"ə açıqlamasında bildirib ki, Yunanıstan 1999-cu ildə Türkiyədə baş vermiş zəlzələ zamanı ilk yardım edən ölkələrdən biri olmuşdu. Ekspertin sözlərinə görə, qısa müddət sonra Türkiyə Yunanıstanda olmuş zəlzələdən ziyan görənlərə yardım əlini uzatmışdı. Ancaq bir müddət sonra münasibətlər yenidən kəskinləşmişdi:
"Türkiyə və Yunanıstan arasında zaman-zaman həm yumşalma olur, həm də gərginlik yaranır. Münasibətlər daim gərgin olmadığı kimi hər zaman normal da olmayıb. Əslində, iki qonşu xalq arasında tarixi münasibətlərin qorunması təbii haldır. Nəzərə alaq ki, Türkiyədə yunan topluluğu, Yunanıstanda isə türklər yaşayır. Tərəflər arasında diplomatik əlaqələrin kəsilməsi mümkün deyil. Son bir ildən artıqdır ki, Afina-Ankara münasibələri gərgin dövrünü yaşayırdı. Qarşılıqlı ittihamlar, hədələr səslənir, heç kim bir-birinə güzəştə getmirdi. Zəlzələdən sonra vəziyyət nisbətən dəyişdi və yeni proses formalaşdı. Bu da iki tərəfdə müsbət qarşılandı".
S.Hümbətov vurğulayıb ki, onsuz da Türkiyə rəhbərliyi daim vurğulayırdı ki, Qərb ölkələri Yunanıstanı qızışdırır, rahat buraxmırlar:
"Həqiqətən də belə idi. Ankara ilə münasibətlərin kəskinləşməsi Yunanıstan hökuməti ilə bağlı məsələ deyil. ABŞ son bir il əzrində Yunanıstanda 9 hərbi baza qurub. Ona görə də Afina özbaşına, müstəqil addım ata bilmir. Qərbin təlimatına uyğun davranmağa məcbur qalır. Yunanıstan özü hazırda iqtisadi baxımdan çox ağır durumdadır. Bu da Qərbdən asılılığı gücləndirir. O baxımdan Afina-Ankara münasibətlərinə Qərb-Türkiyə əlaqələri çərçivəsindən baxmaq lazımdır. İki ölkənin əlaqələrini Qərb-Türkiyə münasibətləri nizamlayacaq. Qərbin maraqları necə formalaşacaqsa, Yunanıstan da onun üzərindən hərəkət edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual