
Vardanyan tutduğu "postdan" azad edilib
Yusif Nəzərli
08:25 24.02.2023
Siyasət
679
Etiraz Laçın yolunun qurtaracağında sərhəd və gömrük xidmətimiz yaradıldıqdan sonra başa çatmalıdır
Qarabağda separatçı rejimin “dövlət naziri” kimi təqdim olunan Ruben Vardanyan fevralın 23-də tutduğu vəzifədən azad edilib. Vardanyanın "vəzifəsindən" azad edilməsinin səbəbləri göstərilməyib. Sadəcə qeyd olunub ki, Vardanyanın bu "vəzifəyə" təyin olunduğu vaxtdan keçən 4 ay müddətində xarici və daxili situasiya son dərəcə dəyişib. O, Vardanyana Qarabağ əhalisinin vəziyyəti barədə “beynəlxalq agahlığı” artırdığna və blokada şəraitində bir çox daxili problemləri həll etdiyinə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, Münhendə Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ erməniləri ilə dialoqun keçirilməsi üçün Ruben Vardanyanın Qarabağdan getməsini şərt kimi irəli sürmüşdü.
Xatırladaq ki, ötən ilin dekabrın 12-dən etibarən ekofəallar Laçın yolunda növbəli aksiya keçirirlər. Ermənistan tərəfi əsassız olaraq Azərbaycanı bu aksiyanın təşkilatçılığında, Qarabağ ermənilərini "blokadaya" almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir. Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər və onlar təbii sərvətlərin talanmasına haqlı etiraz bildirirlər. Həmçinin vurğulanıb ki, Laçın yolu bağlanmayıb, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradılır. Bəzi ekspertlər Vardanyanın Qarabağdan getməsindən sonra aksiyanın dayandırılacağını iddia ediblər.

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Laçın yolundakı etirazın Ruben Vardanyanla əlaqəsi yoxdur. Etirazın tələbi Qarabağdakı yataqlarda monitorinqə imkan verilməsi ilə bağlıdır:
"Bu tələbimiz yerinə yetirilməyib. Ona görə də Ruben Vardanyan “dövlət naziri” vəzifəsindən istefaya göndərildi deyə etirazın dayandırılması doğru olmaz. Fikrimcə, etiraz Laçın yolunun qurtaracağında sərhəd və gömrük xidmətimiz yaradıldıqdan sonra başa çatmalıdır. O ki qaldı Ruben Vardanyana, onun iki seçimi qalıb. Ya Qarabağda qalıb bizə problem yaratmaqda davam edəcək, ya da bunun mənasız olduğunu anlayıb maliyyəsini və biznesini idarə edəcək ölkələrdən birinə köçəcək. Vardanyan Azərbaycan ərazisini tərk etməyənə qədər onunla mübarizəmiz başa çatmayıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou