Xankəndidə bayrağımızın dalğalandığını görəcəyik!
Yusif Nəzərli
14:23 21.09.2023
Siyasət
800
Azərbaycan 23 saat ərzində lokal xarakterli antiterror tədbirləri nəticəsində növbəti uğura imza atdı. Bu zaman yüksək peşəkarlıq göstərilərək stateji hədəflərə tam nail olundu.
Biz lokal antiterror tədbirlərində yaşayış məntəqələrinə daxil olmadıq.
Yalnız hərbi hədəflər vuruldu, mülki obyektlər və əhali hədəfə alınmadı. Tarixdə çox nadir nümunədir ki, bu miqyasda tədbirlər zamanı mülki əhali demək olar ki, zərər görmədi.
Hətta BMT əməliyyatlarında belə mülki insanlar arasında itki olur. Azərbaycan bir nümunə nümayiş etdirdi.
Azərbaycanın növbəti uğurlu addımını "Sherg.az"a dəyərləndirən hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, 44 günlük müharibə dönəmində də əməliyyatların ağıllı silahlar ilə təşkil olunması üzərinə heç bir mülki obyektə və şəxslərə qarşı aparılmamasının bir nümunəsi var idi:
"Bu 21 əsrin ağıllı silahlar ilə müharibə aparmaq ordusuna malik olduğumuz xüsusiyyətindən dolayı irəli gəlirdi. Baxmayaraq ki, qarşı tərəf həmin vaxt kasetli raketlər ilə Gəncə, Bərdə və Tərtəri atəş altına almışdı. Amma biz onlardan fərqli olaraq əmin idik ki, lokal xarakterli antiterror tədbirlərində mülki əhaliyə və heç bir infrastruktura ziyan dəyməyəcək. Silahlı Qüvvələrimizin arsenalında olan ağıllı xüsusilə də, dəqiq zərbə endirən silahlarımızla qarşı tərəfin hərbi hədəflərinin 20 faizinə yaxınını sıradan çıxarmış olduğumuz halda ağ bayraqlarını qaldırdılar. Həmçinin mövqelərdə, hərbi qərargahlarda Silahlı Qüvvələrimizin kifayət qədər hərbi hədəflər olduğu halda qısa yolla dönüşündə fayda oldu. Bu hərbi infrastrukturun qorunması və şəxsi heyətin itkilərinin minimuma endirilməsi baxımdan ən doğru addım idi. Onlar əvvəldən Azərbaycanın təklif etdiyi sülh, reinteqrasiyası yolu ilə məsələni həll etməli idilər. Qarşımızdakı düşmən görünən odur ki, ancaq hərbi gücdən nəticə çıxarır. Onlar bugünkü məsələlərdə özləri özlərini gələcəkdə sığortalamaq üçün deyirdilər biz cəhd edərik. Əgər alınmazsa, günahkar taparıq. Onlar indi günahkar axtarışındadır. Ermənistan hakimiyyətini onlara kömək etməməkdə, Rusiyanı isə satqınlıqda günahlandırırlar. Bunlar hamısı erməni xislətidir. Həmçinin düşünürdülər ki, onların əvəzinə Fransa və digər ölkələrdən kimsə gəlib vuruşacaq. Bununla yenə yanılmış oldular. Əldə olunmuş zəfərə, suverenliyə və qeyri-qanuni birləşmələrin ərazilərimizdən silahsızlaşdırılmasına görə Silahlı Qüvvələrimizi, Ali Baş Komandanımızı və xalqımızı təbrik edirəm. Düşünürəm ki, artıq növbəti yeni münasibət və inteqrasiya üzrə kordinasiyaların həyata keçirilməsi bölgələrdə hüquq mühafizə orqanlarımızın bərpa olunması ilə nəticələnəcək. Gələcəkdə Xankəndi də Prezidentin xüsusi nümayəndəsinin əyləşəcəyi binanın üzərində Azərbaycan bayrağının dalğalanmasını görəcik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə